Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SƏID IBN ƏMIR ƏL-CUMAHI

MƏRHƏMƏTLI VƏ RƏHIMLI ALLAHIN ADI ILƏ!

Ey Allahım, həqiqətən, mən Sənin Peyğəmbərin Məhəmmədin (ona Allahın salavatı və salamı olsun!) səhabələrini ən səmimi və dərin məhəbbətlə sevmişəm. Qiyamət günü məni onlardan hər hansı biri üçün qurban ver! Həqiqətən, ey bütün mərhəmətlilərdən ali Mərhəmətli Olan, onları Səndə sevməyim Sənə onsuz da agahdır!

SƏID IBN ƏMIR ƏL-CUMAHI

Səid ibn Əmir – Allahı və Onun Peyğəmbərini
(ona Allahın salavatı və salamı olsun!)
hər şeydən üstün tutaraq
Axirət həyatını özünün bu dünyadakı
həyatı ilə qazanmış insandır.
Tarixşünasların rəylərindən

Səid ibn Əmir əl-Cumahi Məhəmmədin (ona Allahın salavatı və salamı olsun!), namərdcəsinə əsir götürülmüş səhabələrindən biri olan Xubeyb ibn Adiyə divan tutmaqda iştirak etmək üçün Qureyşin qəbilə başçılarının çağırışı ilə Məkkə yaxınlığındakı ət-Tənim məntəqəsinə gəlmiş minlərlə cavanlardan biri idi.Onun enerji ilə dolu qaynar gəncliyi bu kütləvi yürüşdə ilk sıralarda addımlayan Əbu Sufyan ibn Hərb və Səfvan ibn Umey kimi qureyş şeyxlərinin arasına girməyə ona imkan vermişdi. Bu, Səidə arvadların, uşaqların və gənclərin itələyə-itələyə edam yerinə aparılan qureşlilərin qandallanmış əsirini görməyə kömək edirdi. Bununla Bədr döyüşü zamanı öldürülmüş qureyşlilərin əvəzinə Xubeybin edam edilməsi ilə Məhəmməddən (ona Allahın salavatı və salamı olsun) intiqam almaq istəyirdilər.Sıx insan kütləsi əsirlə birlikdə edam üçün hazırlanmış yerə gəldikdə, gənc Səid ibn Əmir əl-Cumahi, hundur boylu olduğu üçün, çarmıxa çəkilmək üçün edam meydançasına gətirilən Xubeybi gördü. Qadınların və uşaqların hay-küyü və qışqırığı arasında Səid onun qıti və sakit səsini eşitdi:- Mümkünsə, mənə ölüm qabağı imkan verin iki rükət namaz qılım...
Səid Xubeybin üzünü Kəbəyə tərəf çevirərək necə namaz qıldığına tamaşa etdi. “Bu namaz necə də gözəl və mükəmməl qılındı!” – deyə, o fikrindən keçirtdi. Sonra Səid gördü ki, qureyş başçılarına tərəf dönərək Xubeyb belə dedi: - Allaha and olsun, əgər siz mənim ölümdən qorxduğuma görə namazı uzatdığımı düşünməsəydiniz, mən namazı davam etdirərdim...
Səid qəbiləsinin adamlarının Xubeybə əzab verərək onu tam mənası ilə tikə-tikə parçaladıqlarını öz gözü ilə gördü. Eyni zamanda onlar çığıraraq Xubeybdən soruşurdular:
- Sən istəyərdin ki, burada sənin yerində Məhəmməd olsun, sən isə xilas olasan?
Qanı axa-axa Xubeyb belə cavab verirdi:
- Allaha and olsun ki, mən indi ailəmdə uşaqlarımın arasında rahat və təhlükəsizlikdə olmaq və mənim əvəzimə Məhəmmədə bir tikan batmasını belə istəməzdim.
Adamlar əllərini qaldırır və kütlənin bağırtısı artırdı:
- Öldürün onu! Öldürün onu!
Sonra Səid ibn Əmir gördü ki, Xubeyb çarmıxa çıkilən taxta meydançadan baxışlarını səmaya qaldıraraq aydın şəkildə dedi:
- Ey Allah! Onların sayını azalt və onları bir-bir öldür, heç birini sağ buraxma!
Bundan sonra Xubeyb qılınc və nizələrdən aldığı saysız-hesabsız yaralardan keçindi.
Qureyşlilər Məkkəyə qayıtdılar və mühüm hadisələr burulğanında Xubeybi və onun ölümünü unutdular. Lakin böyüməkdə olan Səid bin Əmir Xubeybin simasını bir an da olsun belə yaddan çıxara bilmirdi. O yatan kimi onu yuxuda görürdü. Oyaq olanda Xubeyb haqqında düşünür və ona elə gəlirdi ki, o, onun çarmıxa çəkildiyi meydançada sakit halda və inamla son dəfə iki rükət namaz qıldığını görür. Səidin qulağında qureşlilərə qarşı Allahı çağıran Xubeybin səsi eşidilirdi. Səid qorxurdu ki, ildırım və ya göydən düşən bir daş onu məhv edəcək.
Xubeyb Səidin əvvəl bilmədiklərini ona öyrətmişdi... Öyrətmişdi ki, gerçək həyat – insanın imanı və bu iman uğrunda ta ölənə qədər Mübarizə aparmaqdır. O, Səidə həmçinin sarsılmaz imanın necə möcü¬zələr yaratdığını və mümkün olmayanı yerinə yetirməyi öyrətdi.
Xubeyb həm də, tərəfdarlarının böyük fədəkarlıqla sevdikləri insanın əslində Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) olduğunu və Səmalardan kömək aldığını ona başa saldı.
Məhz bu anda Allah Səid ibn Əmirin köksünü Islam üçün açdı. Izdihamlı bir insan kütləsinin tən ortasında dayanaraq, Səid, qureyşlərin cinayətlərinə və günahlarına aidiyyəti olmadığını bildirdi. O onların bütlərinə və müqəvvalarına bir daha ibadət etməyəcəyini və Allahın dinini qəbul etdiyini təntənə ilə bəyan etdi.
Mədinəyə köçərək Səid ibn Əmir Allahın Elçisindən (ona Allahın salavatı və salamı olsun) bir daha ayrı düşmədi, onunla bir yerdə Xeybər döyüşündə və sonrakı səfərlərdə iştirak etdi.
Şərəfli Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Səiddən razı qaldığı halda Allahına qovuşarkən, o, ondan sonra hər iki xəlifə Əbu Bəkr və Ömərin (Allah onlardan razı olsun) əlində məğlubedilməz qılınca çevrildi.
Səid əsil möminin nadir və görkəmli nümunəsi idi və o özünün dünya həyatı ilə Axirət həyatını qazandı. O, Allahın iltifatını və Onun mükafatını nəfsinin coşquluğundan və cismani tələbatlarından üstün tuturdu.
Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) hər iki xəlifəsi (Allah onlardan razı olsun) Səid ibn Əmirin doğruçuluğunu və möminliyini bilirdilər. Onlar onun məsləhətlərinə və rəyinə qulaq asırdılar.
Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) xəlifə olan kimi Səid onun yanına gəlib dedi:
- Ey Ömər! Insanlarla münasibətdə Allahdan qorxmağı və insanların Allahla münasibətindən isə qorxmamağı sənə məsləhət bilirəm. Həm də sənə, verdiyin sözlərinin gördüyün işlərə uyğun olmasını məsləhət görürəm. Çünki ən yaxşı sözlər görülən əməllə təsdiq olunur...
Ey Ömər! Allahın, işlərini sənə tapşırdığı uzaqda və yaxında olan müsəlmanlara tərəf dön. Özün və ailə üzvlərin üçün istədiyini onlar üçün də istə. Heç vaxt və heç bir yerdə çətinliklərdən qorxmadan həqiqətə doğru can at, Allah qarşısında səni məzəmmət edənlərdən qorxma.
Ömər uca səslə soruşdu:
- Kim bunu edə bilər, ey Səid!?
O belə cavab verdi:
- Bunu, Allahın Məhəmməd ümmətinin işini aparmağı həvalə etdiyi adamlardan biri olan sən edə bilərsən. Bu adamla Allahın arasında heç kim yoxdur.
Elə həmin anda Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) Səidi ona kömək etməyə çağırdı və dedi:
Ey Səid! Mən səni Xoms camaatına rəhbər təyin edirəm.
Səid ycadan dillənərək:
- Ey Ömər! Səni Allaha and verirən, məni yoldan çıxarma və məni şirnikləndirmə!
Ovqatı təlx olmuş Ömər dedi:
- Vay halınıza! Bu işi (xilafəti) mənim boynuma keçirdiniz, sonra da məndən üz çevirirsiniz! Mən səni belə buraxmaram, - deyərək, Ömər onu Xomsun hakimi təyin etdi.
Sonra o soruşdu:
- Sənə ərzaq payı təyin edəkmi?
Səid belə cavab verdi:
- O mənim nəyimə lazımdır, ey əmirəlmöminin!? Mənim icma xəzinəsindən aldığım tələbatımdan artıqdır.
Bundan sonra o, Xomsa yola düşdü.
Xeyli vaxt keşdi və Xomsdan Əmirəlmöminin yanına onun etibar etdiyi bir-neçə adam gəldi. O onlardan xahiş etdi ki:
- Zəhmət olmazsa, öz kasıblarınızın siyahısını yazıb mənə verəsiniz ki, mən onların ehtiyacı olan şeylərə kömək edim
Siyahını gətirib Ömərə verəndə, o onların arasında Səid ibn Əmiri də aşkar etdi.
- Bu hansı Səid ibn Əmirdir?! – deyə Ömər soruşdu.
Adamlar dedilər:
- Bu bizin Rəhbərimizdir.
Ömər təkrar soruşdu:
- Necə, sizin rəhbəriniz – kasıbdır?!
Adamlar dedilər:
- Bəli. Allaha and olsun, artıq neçə gün olar ki, onun evində ocağı qalanmır.
Ömər elə hönkür vurdu ki, göz yaşlarından saqqalı islandı. Min dinar götürüb, onu pul kisəsinə qoydu və dedi:
- Məndən ona salam söyləyin bə deyin: “Əmirəlmöminin bu pulları sənən göndərdi ki, sən onları öz ehtiyacın üçün xərcləyəsən”.
Numayəndələr pul kisəsi ilə Səidin yanına gəldilər. Kisənin içinə baxıb dinarları orada görüncə, Səid bu sözlərlə onu özündən kənara itələdi:
- “Innə lilləhi və innə iləyhi raciun (Həqiqətən, biz Allaha məxsusuq, həqiqətən, Ona da qayıdacağıq” – bədbəxtlik, fəlakət zamanı söylənən sözlərdir, - Red.). Bu elə bir tərzdə deyilmişdi ki, sanki o bir qəzaya düşmüş vı ya evində bədbəxtlik baş vermişdi. Bundan narahat olan Səidin zövcəsi yerindən cəld qalxaraq ondan soruşdu:
- Sənə nə olub, Səid?! Nə baş verib? Əmirəlmömininmi ölmüşdür?!
Səid dedi:
- Bundan da ciddi bir şey baş vermişdir.
Zövcəsi ucadan dedi:
- Doğrudanmı müsəlmanlar məğlubiyyətə uğrayıblar?!
Səid belə cavab verdi:
- Xeyir, bundan daha da ciddi bir şey baş vermişdir.
- O nədir belə? Bundan pis nə ola bilər? – deyə arvadı soruşdu.
- Bu dünyanın tamahı mənə yaxınlaşmışdır. Evimə, mıni yoldan çıxaran fitnə daxil olmuşdur, - deyə Səid dilləndi.
Arvadı:
- Belədirsə, onu bir dəfəlik rədd et! – dedi. Onun hələ dinarlardan xəbəri yox idi.
- Sən bunu etməkdə mənə kömək göstərərsən? – deyə Səid ondan soruşdu.
- Əlbəttə, - deyə arvadı ona cavab verdi. Səid dinarları pul kisələrinə yığıb onları kasıb müsəlmanlara payladı.
Bundan az sonra Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) əş-Şama gəldi ki, orada şəxsən əhalinin vəziyyəti ilə tanış oolsun. O, “kiçik Kufə” (Kuvayfa) adı ilə hər yerdə tanınan Xomcda dayandı.
Məsələ orasında idi ki, xomsun əhalisi də, kufəlilər kimi, tez-tez canişilərdən və hakimlərdən şikayət edərdilər. Ömərin yanına Xoms camaatının nümayəndələri gəldilər ki, onu salamlasınlar. O, onlardan soruşdu:
- Deyin görək əmirinizdən razısınızmı?
Adamlar Səiddən Ömərə şikayət etdərək onun dörd əməlinin yada saldılar ki, bunlar bir-birindən ciddi əməllər idi.
Ömer (Allah ondan razı olsun) belə rəvayət edir:
“Mən Səidi və bu adamları yanıma çağırtdırdım və Allah dua etdim ki, O mənim Səid haqqında fikrimi dəyişməyə idi, çünki mən ona çox inanırdım. Adamlar öz əmirləri ilə birlikdə qareşıma qarşıma gəlib durduqda, mən soruşdum:
- Siz nədən ötrü əmırınızdən şikayət edirsiniz?
Onlar belə cavab verdilər:
- Günün qızğın vaxtı çatmamışdan o yanımıza gəlmir.
Mən soruşdum:
- Səid, sən bu barədə nə deyə bilərsən?
Bir qədər susub o belə dedi:
- Allaha and olsun, mən bu barədə danışmaq istəməzdim, amma əgər bu lazımdırsa, deyə bilərəm ki, evdə uşaqlarımın qulluqçusu yoxdur. Buna görə də mən hər səhər ailəm üşün xəmir yoğururam və onlar yuxudan durana qədər gözləyirəm. Bundan sonra, mən hamısı üçün kökə bişirirəm, dəstəmaz alıram və sonra da adamların yanına çıxıram.
Ömər hekayətini davam edir:
Mən onlardan soruşdum:
- Ona daha hansı şikayətləriniz var?
Adamlar cavab verdilər:
- Gecə heç kim ondan cavab ala bilmir.
Mən soruşdum:
- Səid, sən bu barədə nə deyə bilərsən?
O dedi:
- Mən bu barədə də danışmaq istəməzdim, Allaha and olsun! Buna baxmayaraq, deyəcəyəm, gündüzü insanlar üçün təyin etmişəm, gecələri isə Qüdrətli Allaha həsr edirəm.
Mən soruşdum:
- Daha nədən şikayətiniz var?
Onlar dedilər:
- O, ayda bir dəfə ümumiyyətlə bizim yanımıza gəlmir.
Mən soruşdum:
Səid, bəs bu niyə belə?
O belə cavab verdi:
- Ey Əmirəlmöminin, mənim xidmətçim yoxdur və paltarım da ancaq bu əynimə geydiyimdir. Ayda bir dəfə mən onu yuyuram, o quruyana qədər gözləyirəm, sonra günün axırında adamların hüzuruna çıxıram.
Mən yenə də oradakılardan soruşdum:
Səiddən daha hansı şikayətiniz var?
Adamlar dedilər:
- O bəzən özündə olmur və icmanın iclaslarında iştirak etmir.
Mən soruşdum:
- Səid, bəs bu nədir?
O belə cavab verdi:
- Mən bütpərəst olduğum zaman Xubayb ibn Adinin öldürülməsinin şahidi olmuşam. Mən görmüşəm ki, qureyşlilər ona bu sözləri deyərək işgəncə verirdilər: “Sən istəyirsənmi sənin əvəzində burada Məhəmmədə işgəncə verilsin?” Xubayb onlara belə cavab verirdi: “Allaha and olsun ki, mən istəməzdim ki, Məhəmmədə bir tikan batdığı halda belə öz qohumlarımın arasında təhlükəsizlikdə olum...” O gün mənim yadıma düşəndə, mən Xubayba kömək edə bilmədiyimə görə Allahın məni bağışlamayacağını fikirləşən kimi özümdən gedirəm.
Bundan sonra Ömər (Allah ondan razı olsun) uca səslə dedi:
- Əlhəmdulilləh, O, mənim onun haqqında rəyimi dəyişmədi!
Sonradan Ömər Səidə min dinar göndərdi ki, öz ehtiyclarına sərf etsin. Arvadı bu pulları görəndə Səidə dedi:
- Bizə bunu Göndərənə həmdu-sənalar olsun. Evə ərzaq al və xidmətçi tut.
Səid arvadına dedi:
- Sən bu istədiyindən də yaxşı bir iş görmək istəmirsənmi?
- Nəyi nəzərdə tutursan? – deyə arvadı ucadan soruşdu.
Səid dedi:
- Biz bunları o kəslərə verək ki, onlar bütün bunları bizim üçün edərlər – axı bizim məhz buna ehtiyacımız var.
Arvadı dilləndi:
- Bu necə olur?!
- Bu pullarla biz Allaha yaxşı borc verərik, - deyə Səid dilləndi.
- Elədir, - deyə arvadı söylədi. – Allah sənə xeyir versin!
Səid oturduğu yerdən durmağa macal tapmamış dinarları pül kisələrinə doldurdu və öz adamlarından birinə dedi: “Bu pulları apar filankəsin dul arvadına, filankəsin yetimlərinə, filan nəsildən olan məzlumlara və filan nəsildən ehtiyac içində olanlara ver”.
Özü kasıb olduğu halda başqalarına kömək edən şəxslərdən olan Səid ibn Əmir əl-Cumahidən Allah razı olsun!


Tarix: 01.05.2013 / 17:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 876 Bölmə: Peyğəmbərlərin Həyatı
loading...