Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səbr və Şükr dolu bir həyat...

Allah Rəsulu (SallAllahu aleyhi və səlləm) buyurmuşdur:
"Möminin həyatı necə də qəribədir! Onun bütün işləri xeyirdir. Bu yalnız möminlərə məxsusdur. Sevinərkən Allah taalaya şükür edər və bu onun üçün xeyir olar. Başına zərərli bir iş gələrsə səbr edər və bu da onun üçün xeyirli olar"(Müslim: 2\ 2295\ ? 2999.)
Bu mübarək hədisi Rəsulullahdan (SallAllahu aleyhi və səlləm) eşidən və bizə çatdıran səhabənin kim olduğunu bilirsinizmi? Bu səhabənin adı Əbu Yəhya Suheyb ibn Sinan olmuşdur.Onun həyatı bu hədisin canlı nümunəsi və gerçək bir əslidir.



Musul ətrafındakı vadidə anadan olmuşdur.Uşaq ikən vadi Bizanslıların hücumuna məruz qalır.Bir çox insan əsir düşür.Əsirlər arasında Suheyb ər-Rumi kimi tanınan Əbu Yəhya Suheyb ibni Sinan (ra) da olur.Elə bu hadisəyə görə o Suheyb ər-Rumi deyə çağırılmağa başlayır.
Məkkəli Abdullah ibn Cüdan Suheybi qul kimi alır.Lakin bir müddət sonra onu azad edir.Allahın elçisi Məhəmmədə (SallAllahu aleyhi və səlləm) peyğəmbərlik gəlmədən öncə Suheyb (ra) onunla görüşər, söhbətləşərdi. Ammar bin Yasir (ra) ilə də yaxın yoldaş idilər.Bir-birindən xəbərsiz Allah elçisinin (SallAllahu aleyhi və səlləm) dəvətini eşidib, onun yanına gəlmiş və qapıda qarşılaşmışdılar.Eyni zamanda içəri daxil olub, müsəlman olmuşdular.
Süheyb və Əmmar (r.a.) cəhalət və küfrdən xilas olduqları üçün çox sevinirdilər.Və şükr edirdilər.Amma hər ikisi Məkkədəki müşriklərin onlara əziyyət verəcəklərindən də xəbərdar idilər.Buna baxmayaraq Allaha və Onun elçisinə (SallAllahu aleyhi və səlləm) şəksiz iman edirdilər.
Çox qısa bir zamanda Məkkə müşrikləri Suheybin (ra) müsəlman olduğunu eşitdilər.Süheyb (ra) özü müsəlman olduğunu açıq şəkildə bəyan etmişdir.Bununla da müsəlman olduğunu açıq-aşkar söyləyənlərin yeddincisi oldu.Müşriklər digər müsəlmanlar kimi onlarada işgəncə verməyə başladılar.Suheyb və Ammar (r.a.) kimi kasıb və qohumu olmayanlara isə daha çox əziyyət verirdilər.Bu işgəncələr illər uzunu davam etdi.Lakin Suheyb (ra) əziyyətlərə səbr etdi.Beləcə Yer üzünün ən səbrliləri içində özünə yer aldı.
Suheyb (ra) həm də yaxşı bir dəmirçi idi.Bu peşəsi ilə də illər sonra çoxlu var dövlətə sahib olmuşdur,O həm də mahir ox ata bilən bir döyüşçü idi.
İllər ötdü.Artıq Mədinəyə hicrət zamanı gəlmişdir.Bütün müsəlmanlar Mədinəyə hicrət etməyə başladılar.Rəsuli-Əkrəm (SallAllahu aleyhi və səllləm) və Əbu Bəkr də (Ra) Məkkədən ayrılmışdır.Məkkədən ən son çıxanlardan biri isə Suheyb (ra) olmuşdur.Suheyb (ra) Məkkədən çıxarkən Məkkəli müşriklər yolunu kəsir.Suheyb (ra) dərhal ox çantasını götürüb, əvvəlcə müşriklərə yaxşı ox ata bildiyini xatırladır.Sonra isə oxlar bitənə qədər onlara ox atacağını, daha sonra isə qılıncı ilə mübarizə aparacağını söyləyir.Müşriklər isə Məkkəyə kasıb halda gəldiyini, indi isə var-dövlət ilə Məkkəni tərk etməsinə icazə verməyəcəklərini söyləyirlər.Süheyb (ra) cavabında bütün mal-dövlətini onlara verəcəyini, əvəzində isə yolundan çəkilmələrini təklif edir.Müşriklər razılaşırlar.Beləcə bu böyük səhabə bütün mal-dövlətini müşriklərə verib, öz yoluna davam edir.Uzun səfərdən sonra nəhayət, Suheyb ibn Sinan (ra) Mədinəyə çatır.Rəsulullahın (SallAllahu aleyhi vəsəlləm) yanına çatarkən aclıqdan və yorğunluqdan hərəkət etməyə halı qalmamışdır.Gətirilən xurmaları yeyərkən Allah Rəsulu (SallAllahu aleyhi və səlləm) bu ayələri oxuyur:
-İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda (Allah rizası üçün) öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır! (Bəqərə surəsi/207)
Suheyb (ra) başına gələnləri peyğəmbərə (Sallallahu aleyhi və səlləm) danışarkən Allah Rəsulu (SallAllahu aleyhi və səlləm) buyurdu:
-Ey Əbu Yəhya! Sən bu alış-verişdə qazandın. (Hakim,Müstədrək, c.3,s.398; Nəvəvi, Riyazus-Salihin,c.1,s.211)
Suheyb (ra) Peyğəmbərin (SallAllahu aleyhi və səlləm) yanında bütün döyüşlərə qatıldı.
Möminlərin Əmiri Ömər İbnul-Xəttaba (Ra) sui-qəsd edildikdən sonra üç gün müddətində onun vəzifəsini icra etdi və məsciddə imamlıq etdi.
Ömrünün hər anı səbrlə hörülmüş bu böyük səhabə hicrətin 38-ci ilində Mədinədə ruhunu Allahu təaləyə təslim etdi. Allah ondan razı olsun.

İstifadə edilmiş mənbələr:
1- Əbdurrahman Rafat Əl-Başa-Səhabə Həyatından tablolar
2-(Mehmet İşık -Sabrın sonu selamet-adlı məqaləsindən bir parça)


Tarix: 01.05.2013 / 17:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 235 Bölmə: Peyğəmbərlərin Həyatı
loading...