Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyğəmbərimizin Həyatından Gözəl Örnəklər (Tövbə)

Tövbə

"Ancaq kim işlətdiyi zülümdən sonra tövbə edər və (davranışlarını) düzəldərsə, şübhəsiz Allah onun tövbəsini qəbul edər. Şübhəsiz Allah, bağışlayandır, əsirgəyəndir." (Maidə Surəsi, 39)

Tövbə, keçmiş günahlardan və xətalardan qurtulmaq üçün böyük fürsətdir. Möminlər bu fürsəti günün hər anında dəyərləndirməlidir. Hz. Əli “əlində tövbə və istiğfar kimi qurtuluş çarələri olanların həlak olmaqlarına təəccüb qalaram” deyə buyurur. Şeytanın oyunlarına düşən və xətalarını düzəltməyən insanların tövbə və duadan başqa heç bir qurtuluş yolu yoxdur. Ancaq bunun sayəsində dünya və axirətdə səadətə qovuşa bilərlər.
Hz. Muhamməd (s.a.v.) belə buyurur: "Tövbə və istiğfara davam edən insana Allahu Təala hər çətinlikdən bir qurtuluş və hər darlıqdan bir genişlik verər və ummadığı yerdən onu ruziləndirər." (Əbu Davud)
"Qəlbimin üfüqlərini bəzən xəfif buludlar tutmuş kimi olar və bu səbəbə görə gündə yüz dəfə Allahdan məğfirət diləyirəm." (Müslim)
Rəsuli Əkrəm (s.a.v.) davamlı olaraq,"Allahım Səni nöqsan sifətlərdən tənzih edər və sənə həmd edərəm. Allahım! Məni məğfirət eylə, sən tövbələri qəbul edən mərhəmət sahibisən deyərdi."(Hakim)
"Allahım! Səni nöqsan sifətlərdən tənzih edirəm, nəfsimə zülm etdim, pis işlər gördüm, Səndən başqa günahlarımı bağışlayacaq heç bir qüvvət yoxdur. Sən məni əfv et deyən birini, axın halında qarışqalar qədər günahı olsa da əfv edənsən.." (Bəyhaqi)
"Allahım! Məni ixlasla yaxşılıq edəndə cənnət ilə müjdələnən, pislik etdiyi zaman tövbə edən qullarından eylə." (İbn Macə)
Peyğəmbərimizin tövsiyə etdiyi tövbə istiğfar: "Allahım! Sən mənim Rəbbim, mən sənin qulunam. Məni sən yaratdın. Mən gücüm çatdığı qədər sənə verdiyim sözün üstündəyəm. Etdiyim pisliklərdən sənə sığınıram. Verdiyin nemətlərə qarşı qüsur etdim, nəfsimə zülm etdim. Günahlarımı hüzurunda etiraf edər, keçmiş və gələcək günahlarıma görə səndən məğfirət diləyirəm. Məni məğfirət eylə, hər nə günah olarsa olsun səndən başqa heç kim bağışlaya bilməz."(Buxari)


Tarix: 27.04.2013 / 17:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 95 Bölmə: Peyğəmbərlərin Həyatı
loading...