Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏRİN (s.a.v.) HƏYATI: Əbu Cəndəl Hadisəsi

Peyğəmbər ilə Qureyş elçisi arasında sülh müqaviləsi yazılan əsnada Qureyş elçisi Süheyl ibni Amrın oğlu Əbu Cəndəl zəncirlənmiş halda sürünə-sürünə müsəlmanların yanına gəldi. Müsəlman olduğuna görə onu zəncirləmişdilər. Süheyl, müqaviləyə əsasən, oğlunun özünə veriləsini istədi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) isə müqavilənin hələ yazılmadığını dedi. Fəqət, Süheyl razılığa gəldiklərini deyib, oğlunun üstünə getdi və onu şiddətlə döydü. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) çarəsiz müqaviləyə əsasən, onu atasına verməyə məcburiyyətində qaldı. Əbu Cəndəl müsəlmanlara xitabən : Ey müsəlmanlar! Məni dinimdən döndərsinlər deyə, yenidən müşriklərəmi qaytaracaqsınız? deyə yalvardı. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) ona :

"Ey Əbu Cəndəl! Səbr et və özünü Allaha həsr et. Allah sənə və səninlə bərabər olan zəiflərə yaxınlarda bir qurtuluş qapısı açacaqdır." deyə təsəlli etməyə çalışdı. Bu arada Ömər (radiyəllahu anhu) ona atası Səhli öldürməyini dedi. Ancaq, o bunu edə bilmədi.


Tarix: 26.04.2013 / 21:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 125 Bölmə: Peyğəmbərlərin Həyatı
loading...