Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ADƏMİN (Aleyhissalam) VƏ ZÖVCƏSİNİN YAŞADIĞI CƏNNƏTİN HƏQİQƏTİ

Bu məsələdə ixtilafın məzmunu Adəmin daxil edildiyi Cənnətin yerdə və ya göydə olmasıdır. Bu araşdırılası və çıxış yolu tapılası ixtilafdır.
Cumhur alimlər ayə və hədislərin zahiri anlamına görə bu Cənnətin səmadakı əbədi Cənnət olduğunu deyirlər. Uca Allah buyurur: “Ey Adəm, sən zövcənlə (Həvva ilə) Cənnətdə qal!" (əl-Bəqərə: 35). Cənnət kəlməsindəki (əl-الـ ) artiklı ümumi və ya ləfzi məna daşımaq üçün işlədilməmişdir. Bu yaddaşlarda qalmış vəd olunan Cənnəti bildirmək üçün deyilmişdir. Şəriətin vəd etdiyi Cənnət də elə budur.

Musanın Adəmə "Nə üçün bizi də, özünü də Cənnətdən çıxartdın...?" deməsi haqda irəlidə danışılacaqdır.
(Bu hədis haqqında (ADƏM VƏ MUSANIN MÜBAHİSƏSİ) adlı fəsildə danışıla-caq.)

Muslim "Səhih" əsərində Əbu Hureyrə və Huzeyfədən y Peyğəmbərin r belə dediyini rəvayət edir: "Allah insanları toplayacaq və möminlərə Cənnət göstəriləndə onlar Adəmin yanına gəlib deyəcəklər: "Ey atamız! Cənnətin qapılarının üzümüzə açılmasını tələb et". Adəm isə deyəcəkdir: "Məgər sizi Cənnətdən çıxaran atanızın səhvi olmayıbmı?..." Sonra hədisin geniş mətni nəql olunur.
Hədis, Cənnətin əbədi olması fikrini dəstəkləyən güclü və yaxşı dəlildir.
(Adəmin "Məgər sizi Cənnətdən çıxaran..." – sözləri bu Cənnətin o zamandan bəri qaldığını bildirir. Bu isə onun əbədi olması anlamına gəlir. (tərc.)


Tarix: 26.04.2013 / 21:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 123 Bölmə: Peyğəmbərlərin Həyatı
loading...