Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Burundan gələn şəffaf maye təhlükəli ola bilər

Məlumata görə Səlcuq Universitetində müəllim olaraq fəaliyyət göstərdiyi bildirilən Prof. Dr. Kayhan Öztürk burundan gələn şəffaf mayenin təhlükəli ola biləcəyindən danışıb. Onun sözlərindən aydın olur ki, beyin travmaları və zədələri beyin pərdəsinə ziyan verdiyindən burundan gələn şəffaf maye beyin onurğa iliyi mayesinin axıntısı ola bilər. Soyuqdəymə kimi zənn edilən bu proses gecikdirildikdə meningit kimi ciddi problemlər yaradar.
Kəllə bölgəsində, buruna qonşu olan yerlərdə bəzi zəif nöqtələr var. Buradakı sümük quruluşunun incələnməsi həm doğuşdan həm də sonradan meydana gələn bəzi bölgələrdə açık yerlərin olmasına səbəb olur. Bu açılışlar bir zədə nəticəsində və ya özbaşına meydana gələ bilər. Bu xəstəlik qadınlarda daha sıx görülür.
Artıq çəkili qadınlarda azdır və risklidir. Təzyiqi yüksək olanlarda daha çox ortaya çıxa bilir. Bu axıntı ümumiyyətlə əyildikdə, namaz qılarkən və s. hallarda baş verir.
Səhər yuxudan oyanarkən yığılan maye axmağa başlayır. Bu, allergik xəstəliklərlə çox qarışdırılır. Allergiya şəffaf olmur və onun müəyyən bir konsistensiyası vardır.
Beyin pərdəsi beyni mikroblardan qoruduğu üçün normalda meningit və beyin apsesi kimi infeksiyalar olmur. Amma beyin pərdəsində bəhs etdiyimiz ziyanlar, cırıqlar varsa, maye gəlirsə təhlükə var deməkdir. Burunun, xarici mühitlə əlaqəsi səbəbiylə ən çox infeksiya olan orqanlardan biri hesab olunur.
Bu infeksiyalar bir şəkildə suyun gəldiyi kimi, tərs olaraq beynə gedərsə xəstələrdə beyin pərdəsi infeksiyalarına (meningitə) səbəb ola bilər.
Öztürk, zədəyə bağlı yaranan pərdə cırıqları üçün 15 günlük müalicə tətbiq olunduğunu, bu cırıqların bəzən öz-özünə bağlandığını bildirib.


Tarix: 19.01.2015 / 15:50 Müəllif: Aziza Baxılıb: 62 Bölmə: Otolorinqologiya
loading...