Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

3-cü hissə#
3-cü hissə#

Yayın axrına yaxın günlərdə baş münəccim Hüseyn Əfəndinin cəsədini İstiniyyə sahilində tapıldığını eşitdik. Paşa qətl üçün fitva əmrini ən axırda alıb, o da gizləndiyi yerdə rahat durmayıb, Sadiq Paşanın yaxın günlərdə öləcəyi ehtimalı var deyə hər yana kağızlar yolladığına görə yerini biliblər. Anadoluya keçmək istəyərkən cəlladlar qayığına çatıb boğublar. Malınınmülkünün müsadirə edildiyini öyrənəndə Xoca baş münəccimin kağızlarını, kitablarını, dəftərlərini ələ keçirmək üçün fəaliyyətə keçdi: bunun üçün yığdığı nə qədər pulu varsa, hamısını rüşvətə xərclədi. Bir axşam evə yekə bir sandıq içində gətirdiyi minlərlə kitabı bir həftə içində əxz elədikdən sonra bundan lap yaxşısını düzəldə biləcəyini dedi. Dediyini eləyərkən mən də ona kömək etdim. Padşaha təqdim etməyə qərar verdiyi “Həya-ül-Heyvan və Əcaib-ül-Məxluqat” adlı iki risalə üçün Empolidəki evimizin geniş bağçalarında, çayırlarında gördüyüm gözəl atlar, qeyri-adi eşşəklər, dovşanlar, kərtənkələlər haqqında ona danışdım. Xoca intuisiyamın nə qədər geniş olduğunu deyəndən sonra, su zanbaqları olan hovuzumuzdakı bığlı firəng qurbağalarını, Siciliya ləhcəsi ilə danışan mavi tutuquşuları və cütləşməmişdən əvvəl otururub bir-birinin tüklərini təmizləyən sincabları ona xatırladaraq danışdım. Sultanın çox maraqlandığı, amma sarayın birinci həyətinin təmizliyinə görə lazımınca məlumat sahibi olmadığı mövzulardan biri olan qarışqaların həyatı uzun müddət diqqətlə araşdırdığımız sahələrdən biri oldu. Xoca qarışqaların nizamlı, məntiqli həyatını qələmə alarkən uşaq Padşahı öyrədəcəyimizi də düşünürdü. Bu məqsəd üçün bizə məlum olan qara qarışqaların məlumatı tam əks etdirmədiyini görəndə, Amerikadakı qırmızı qarışqaların həyat sistemindən danışdı. Bu da ona Amerika adlandırılan, ilanlı ölkədə yaşayan və yaşadıqları həyatı dəyişdirməyən qul vətəndaşların başlarına gələnlər haqqında həm kin-küdurətli, həm də çoxhissəli bir kitab yazmaq fikrində olduğunu bildirdi: Mənə bu haqda əhatəli danışarkən deyirdi ki, ova getməyi xoşalayan bir uşaq kralın elmlə maraqlanmadığı üçün, nəticədə ispaniyalı kafirlər tərəfindən necə peşman edildiyini yazacaq, zənnimcə, kitabı axıra qədrə yazmağa cəsarəti çatmadı. Qanadlı mamontları, altıayaqlı öküzləri, ikibaşlı ilanları daha başa düşülən tərzdə çəkmək üçün çağırtdırdığımız miniatür ustasının çəkdikləri ikimizi də razı salmadı. “Orjinalı əvvələr beləydi, indiysə hər şey üçölçülü, orjinal kölgəli, - bir bax- eninə olanda da kölgəsini arxasındakı oxşarı kürəyində daşıyan kimi səbirlə dözərək daşıyır.” – Xoca dedi. Sultanın soruşdurmadığına görə, risalələri Padşaha, Paşanın vasitəsi ilə verməyi qətiləşdirmişdi, amma sonra buna görə çox peşman oldu. Paşa ulduz elminin boş şey olduğunu, baş münəccim Hüseyn Əfəndinin boyundan böyük işlərə girişdiyini, siyasi oyunlar oynadığını, Xocanın da indi onun boş qalan yerində gözü olmağından şübhələndiyini, elm adlanan şeyə inandığını, amma bunun ulduzlara yox, silahlarla əlaqəli olduğunu, baş münəccimliyin uğursuz bir iş olduğunu, bunun o vəzifəyə gələnlərin hamısının nəhayətdə öldürülmələrindən, ya da lap pisi, nə vaxtsa sirri faş edib yox olmaqlarından başa düşdüyünü, çox istədiyi və elminə güvəndiyi Xocanın da bu səbəbdən, bu vəzifəyə yiyələnməyi heç də istəmədiyi, onsuz da təzə baş münəccimin bu işin lazımınca öhdəsindən gələ biləcək qədər axmaq və saf olan Sıdqı Əfəndi olacağını, Xocanın əvvəlki baş münəcimin kitablarını əldə etməyini eşitdiyini, bu işlə maraqlanmamasını təvəqqe etdiyini ona deyib. Xoca da ona, elmdən başqa bir şeylə maraqlanmadığını deyərək, Padşaha çatdırmasını istədiyi risalələri verib. Axşam elmdən özgə şeylə maraqlanmayacağını, amma bu elmi reallaşdırmaq üçün lazım olan hər şeyi də edəcəyini deyib, ilk işi olaraq da Paşaya lənət oxudu. Sonrakı ay, idrakımızın yaratdığı rəngli heyvanlara uşağın necə bir reaksiya göstərməsiylə maraqlanarkən, Xoca hələ də saraydan niyə çağırılmadığını düşünürdü. Nəhayət, ova çağırdılar, o Padşahın yanına, məni ancaq uzaqdan baxmaq üçün, Kağızxana dərəsinin sahilindəki Miraxor köşkünə getdik, adam çox idi. Bostançıların başçısı hər şeyi hazırlayıb: dovşanları və tülküləri qovurandan sonra arxasınca tazıları bişirdilər, biz də baxdıq:
Dovşanın biri digərlərindən ayrılıb özünü suya atanda hamı ona baxdı: üzə-üzə qarşıdakı sahilə keçmək istəyəndə bostançılar ora da it göndərmək istədilər, amma uzaqdakıları da eşidirdik. Padşah dovşanın azad olmağına izin vermədi. Amma yad bir it digər sahildəymiş, dovşan yenə özünü suya atdı, amma it ona çatdı, bostançılar tez yüyürüşüb dovşanı onun ağzından aldılar. Padşahın hüzuruna gətirdilər. Uşaq tez heyvanı yoxlatdırdı, bədənində ciddi bir yara olmadığını görəndə sevindi, o sonra dağın başına gedib dovşanın aşağı atılmasını əmr verib. Sonra aralarında Xocanı və qırmızı saçlı zənəni gördüyüm qələbəlik də Padşahın ətrafına toplaşdılar. Axşam Xoca danışdı. Padşah soruşub ki, bu hadisə necə yozulmalıdı? Hamıdan sonra, növbə özünə gələndə, Xoca, Sultana deyib ki, heç gözlənilməyən yerdən düşmənlər peyda olacaq, amma təhlükədən sağ-salamat çıxacaqsan. Düşmənlərin ölüm təhlükəsindən danışan, hətta Padşahla dovşanı bir tutan bu yozumu pisləməyə səy göstəriblərsə də, Sultan aralarında təzə baş münəccim Sıdqı Əfəndinin də olduğu insanları susdurub, Xocanın sözlərinin qulağına sırğa olacağını deyib. Sonra biz-biz tükü olan qaranquşun can hovlu özünü müdafiə etməsinə və arsız tazıların kiçik hissələrə ayırdıqları bir tülkünün acınacaqlı ölümünü seyr edərkən Sultan aslanın biri dişi, biri də erkək, bir-birinə uyğun iki bala doğduğunu, heyvanlar haqda olan kitabları çox xoşladığını deyib və Xocadan Nil ətrafındakı çayırlarda rast gəlinən mavi öküzləri və çəhrayi pişikləri soruşub. Sarayda hansısa hadisələrin baş verməsi xəbərini bu hadisədən çox sonra eşitdik: Kösəm Sultan yeniçərlərin ağaları ilə razılaşıb, Sultanı və anasını öldürüb yerinə Şahzadə Süleymanı keçirmək üçün plan qurublar, amma sonra planlarını pozmayıblar. Kösəm Sultanın ağzından, burnundan qan gələnə qədər boğub öldürüblər, Xoca baş verənləri muvaqqitxanaya gələn səfeh dostlarının dedi-qodularından eşidirdi, bir də məktəbə gedirdi ordan da öyrənirdi, başqa heç yerə çıxmırdı. Payızda bir ara yenə də kosmoqrafiya ilə məşğul olmağa qərar verdi, amma ümidsizliyə qapıldı: Rəsədxana lazım idi, üstəlik axmaqların ulduzlara qara qəpik vermədiyi kimi, ulduzlar da axmaqlara dirsək göstərirdi. Qış gəldi, qapalı günlər başladı və bir gün öyrəndi ki, Paşa təhlükədədir. Onu da boğduracaqlarmış, amma Validə Sultan razı olmayıb, malını-mülkünü əlindən alıb Ərzincana sürgün eləyiblər. Bir daha ölümündən özgə heç bir xəbərini eşitmədik. Xoca dedi ki, artıq heç kəsdən qorxmur, heç kəsə də beş köpüklük minnət borcu yoxdu, bunları deyərkən məndən nə qədər şey öyrənib-öyrənməməyini bilmirəm. Artıq uşaqdan da, anasından da çəkinirmiş, az qalırıdı ki, desin: “Ya dövlət başa, ya quzğun leşə”, amma evimizdə qalır, kitablar arasında sakitcə oturur, Amerikadakı qırmızı qarışqalardan danışaraq təzə bir qarışqanamənin xəyallarını qururduq. Ondan əvvəlkilər və ondan sonrakı bir çox qış kimi o qışı da evdə keçirdik, heç bir şey olmadı. Soyuq gecələrdə, sazağın qapısından, bacasından girdiyi evin aşağı mərtəbəsində oturub danışırdıq. Artıq mənə yuxarıdan-aşağı baxmırdı, ya da mənə xor baxmağa həya edirdi. Bu yaxınlığı nə saraydan, nə də saraya yaxın bir çevrədən heç kəsin onunla əlaqə saxlamaması ilə əlaqələndiridim. Bəzən də düşünürdüm ki, aramızdakı oxşarlığı mənim qədər o da düşünür, artıq mənə baxarkən özünü gördüyünü düşünürdüm, mənə baxanda özünü görər deyə maraqlanırdım: Nəyi düşünürdü? Heyvanlar haqqında yenə də uzun bir risalə yazıb qurtarmışdıq, amma Paşanın sürgün olunduğuna görə və Xoca saraya girib-çıxan uzaq tanışlarının heç birinin minnətini götürməyə hazır olmadığı üçün, risalə masanın üstündə qalırdı. Aradabir boş keçirdiyim günlərin sıxıntısı ilə səhifələri açar, çəkdiyim bənövşəyi çəyirtikələrə, uçan balıqlara baxar, Padşahın bu sətirləri oxuyanda nə fikirləşəcəyini düşünərdim. Xocanı bir də baharın əvvəlində çağırdılar. Uşaq onu görəndə çox sevinib: Xocanın dediyinə görə, hər hərəkətindən, hər sözündən Xocanı xeyli vaxtı düşündüyünü, amma ətrafındakı səfehlərin təzyiqi ilə axtarmadığını başa düşürmüş. Padşah tez ata nənəsinin planından söz salıb, Xocanın bu təhlükəni əvvəlcədən gördüyünü deyib, amma Xoca, Sultanın bu təhlükədən sağ-salamat qurtaracağını da əvvəlcədən bilib. O gecə sarayda canına qəsd edənlərin qışqırıqlarını eşidərkən uşaq qətiyyən qorxmayıb, çünki yadına dovşanı dişləyən xain it düşüb. Padşah tərifli sözlərdən sonra, Xocaya uyğun bir yerdən dirilik verilməsini buyurub. İş ənədləşdirilib təsdiqlənməmiş, Xoca getmək məcburiyyətində qalıb, deyiblər ki, dirilik bəraəti üçün yayın axrını gözləsin. Gözləyərkən, diriliyin gəlirinə güvənərək Xoca bağçada çox da böyük olmayan bir rəsədxana qurmağı planlaşdırdı, qazılacaq quyunun ölçülərini, yerləşdirəcəyi mexanizmin maliyyəsini hesabladı, amma bu dəfə tez bezdi: O ərəfədə şkafda Takiyüddün əldə etdiyi astronomik nəticələr toplanmış kitabın pis əlyazmasından çıxardılmış nüsxəsini tapmışdı. İki ayını tapdığı kitabı isbat etməyə xərclədi, amma nəhayətdə, hansı səhvin öz ucuz avadanlıqlarından, hansının Takiyüddən, hansının da əlyazması pis olan katibin diqqətsizliyindən qaynaqlandığını bilmədiyi üçün hirsləndi. Əsəblərini daha da gərginləşdirən şey altmışlıq üsulla hesablanmış triqonometrik qrafika cədvəllərinin arasına kitabın əvvəlki sahiblərindən birinin yerləşdirdiyi, vəznli, qafiyəli misralar idi. Kitab sahibi əbcəd hesabı və başqa üsullarladan istifadə edərək dünyanın gələcəyi haqqında təvazökarlıqla proqnozlar vermişdi. Ən axırda, dörd qızdan sonra bir oğlan uşağı olacaq, günahsızı günahkardan ayıran biri peyda olacaq, qonşusu Bahəddin Əfəndi öləcəkmiş. Xoca bu qənaətləri oxuyarkən əvvəl əyləndisə də, sonra ümidsizliyə qapıldı. Başımızın içindən, qəribə və qorxuducu bir qaranlıqdan danışılırdı: Sanki qapağını açıb içinə baxa biləcəyimiz sandıqlardan, otağın içindəki şkaflardan danışılıdığını da vurğulayırdı. Padşah söz verdiyi dirilik nə yayın axırında verildi, nə də qışa yaxın. Növbəti bahar isə Xocaya yeni bir qərar hazırlandığını deyiblər, ona qədər gözləməliymiş. Bu ərəfədə, az da olsa saraya çağırılır, çartlayan bir aynanın, Yassı ada düzənliklərinə düşən yaşıl ildırımın, durduğu yerdə dağım-dağım olan gilas suyu ilə dolu sürahinin yozumunu və son yazdığım risalədəki heyvanlar haqqında Padşahın soruşduğu sualları cavablandırırdı. Evə qayıdanda uşağın həddibulüğ çağına yetişdiyini dedi, insanın ən asan təsirə düşən çağı bu çağ idi. Padşahı ələ alacaqmış. Bu məqsədlə təzə bir kitab yazmağa başladı. Məndən asteklərin süqutunu, Kortezin xatirələrini eşitmişdi, ağlında elmə diqqət ayırmadığı üçün haqqında bədii bir şey yazılan zavallı bir uşağın əhvalatı əvvələr də vardı. O vaxtlar yaxşı insanlar yuxulayarkən toplarıyla, avadanlıqlarıyla , qorxuducu mifləriylə və silahlarıyla onları məğlub edib öz qayda-qanunlarına boyun əydirən namusuzlardan danışırdı, amma çəkilib yazdığı şeyləri o vaxtlar məndən gizlədirdi. Hiss edirdim, gözləyirdi ki, əvvəlcə mən maraqlanım, amma o günlərdə məni qeyriadi bədbəxtliyə itələyən yurd həsrəti, ona qarşı olan kinimi artırmışdı, marağımı gizlədirdim. Özümü elə göstərməyə başladım ki, guya ucuz olduğu üçün alıb oxuduğu cildləri çırıq kitabları və mənim danışdıqlarımı əsas götürərək yaradıcı zəkasının yaratdığı nəticələri bilmək istəmirəm. Öz iş otağı kimi düzəltdiyi yuxardakı kiçik otağa çıxırdı, düzəltdirdiyi masamızda əyləşirdi, hətta düşünürdü də, amma yaza bilmirdi, bunu özü də hiss edirdi, həm də bilirdim ki, yaza bilmir, düşündüklərini, mənim bəyəndiyimi öyrənməmiş yazmağa cəsrətinin çatmadığını da bilirdim. Onu özünə inanmaqdan tam çəkindirən, yuxarıdan-aşağı baxdığı mənim bəsit düşüncələrimin əskikliyi də deyildi. O əslində mənim kimilərin -“onların”, mənə bütün o bilikləri öyrədən, beynimin içinə o düşüncəni, o elm gözlərini yerləşdirən başqalarının məlumatlarını öyrənmək istəyirdi. Onlar, görəsən, bu vəziyyətdə nə düşünürlər? Məndən soruşmaq istədiyi, amma soruşa bilmədiyi şey bu idi! Qürurunu tapdalayıb, bu sualı məndən soruşmağını necə də çox gözlədim. Amma soruşmadı. Qurtardığını, yaxud qurtarmadığını bilmədiyim bu kitabı, bir müddət sonra yarımçıq qoyub yenə o “axmaqlar”ın fikrinə düşdü. Öyrənmək istədiyi əsl elm yolu onların niyə elə axmaq olduqlarını öyrənməkdən keçirdi, beyinlərinin içinin niyə elə olduğunu bilib ona əsasən düşünməliydi! Düşünürdüm ki, saraydan gözlədiyi nəticənin işarələrini almadığı üçün, eyni şeyləri ümidsizliklə təkrarlayır. Zaman boşboş axır, Padşahın həddi-büluğ çağı ona çox da sərf etmirdi. Amma Köpürlü Mehmed Paşa baş vəzir olandan əvvəlki yaz, nəhayət, Xoca diriliyə qovuşdu, həm də öz istədiyi yeri seçərək:Gəbzə yaxınlığındakı iki dəyirmanla, qəsəbəylə arasında bir saat yol olan iki kəndin gəlirini birləşdirmişdilər. İşimizlə bağlı Gəbzəyə getdik, təsadüf nəticəsində boş olan köhnə bir ev tutduq, amma Xoca burada keçirdiyimiz ayları, gətirtdiyim masaya nifrətlə baxtdığı günləri unutmuşdu. Sanki evlə birlikdə xatirələri də köhnəlmiş, çirkinləşmişdi, orda onsuz da keçmişdə qalan heç bir şeylə maraqlanmayacaq səbirsizlik mövcud idi. Bir neçə dəfə kəndlərlə bağlı məlumatları dəqiqləşdirdi: Bundan əvvəlki illərin gəlirini öyrəndi, dedi-qodusundan muvaqqitxanadaki dostlarından eşitdiyi Tərxunçu Əhməd Paşanın təsiri ilə diriliyin hesabını çox bəsit və anlaşıqlı şəkildə göstərən bir dəftər tutmaq üsulu tapdığını açıqladı. Amma azadlığına və yararlılığına özünün də inanmadığı bu kəşfi ilə kifayətlənmədi: Köhnə evin arxa həyətində oturaraq göyə baxa-baxa boş-boş keçirdiyi gecələr içindəki astronomiya sevgisini təkrar alovlandırmışdı. Düşüncələrini bir addım daha irəli aparacağını zənn edərək, bir ara onu mən də cəsarətləndirdim, amma niyyəti nəyisə müşahidə etmək, ya da fikir irəli sürmək deyilmiş: Kənddə və Gəbzədə tanıdığı ən ağıllı gəncləri, uşaqları, ən ali elmi onlara öyrədəcəyini hiss edərək evə çağırdı, məni yollayıb İstanbuldan gətirtdiyi modeli, zəngləri təmir edib, yoxlayıb həyərin arxa hissəsində onlardan ötrü qurdu və bir axşam, haradan yarandığını bilmədiyim ümid və güclə illər əvvəl Paşaya, daha sonra Padşaha danışdığı o göyüzü haqqında qanunu heç də mürəkkəbləşdirməyərək təkrarladı. Gecənin yarısı bircə sual da verməyərək evlərinə qayıdan adamlardan və astronomiyadan ümidini sonuncu dəfə kəsməsi üçün, növbəti səhər qapımızın qarşısında, içindən hələ ilıq qan sızan bir qoyun ürəyi tapmağımız bəs elədi. Amma bu məğlubiyyəti çox da böyütmədi: Əlbəttə, dünyanın və ulduzların necə fırlandığını başa düşən deyildilər, hələlik heç onların başa düşməyi də vacib deyildi, başa düşməli olan artıq həddi-büluğ çağını qurtarmaq üzrəydi, bəlkə də, o da biz olmayanda bizi axtarmışdı, görəcəyimiz işdən sonra əldə edəcəyimiz üç-beş manat üçün biz hədər yerə fürsəti fövtə verirdik. İşlərimizi yoluna qoyub, ağıllı gənclərin ən ağıllı görünənini də eşikağası təyin edəndən sonra, İstanbula qayıtdıq. Ondan sonrakı üç il ən pis illərimiz oldu. Hər gün bir gün əvvəlkinin, hər ay ötən ayın, hər mövsüm yaşadığımız başqa bir mövsümün bezdirici, əsəbiləşdirici təkrarıydı: Eyni şeyləri kədər və ümidsizliklə təkrar görür və ad verə bilmədiyimiz məğlubiyyəti sanki hədər yerə gözləyirdik. Yenə arada bir saraydan çağırtdırıb, heç yozulmamış yozumlar etməsini istəyirdilər, yenə hər çərşənbə günortadan sonra həmişə toplaşdıqları yerdə elm dostları ilə görüşüb danışır, əvvəlki kimi ardıcıl olmasa da, yenə səhərlər tələbələri görür və döyür, yenə arada bir onu evləndirməyə gələnlərə, bu dəfə az da olsa qərarsızlıq içində qalsa da, müqavimət göstərir, yenə qadınlarla yatmaq üçün, ta xoşlamadığı o musiqiyə qulaq asmaq məcburiyyətində qalır, yenə axmaqlara qarşı olan nifrətindən bəzən sanki boğulur, yenə otağına qapanır, sərdiyi yatağına uzanıb yanındakı əlyazmalarını, bayağı kitabları ordan-burdan hirslə vərəqlədikdən sonra, saatlarca tavana baxaraq gözləyirdi. Xoşbəxtliyini daha da artıran şey, muvaqqitxanya getməyə davam edən dostlarından təfərrüfatını öyrəndiyi Köpürlü Məhməd Paşanın zəfərləri idi. Donanmanın venesiyalıları məğlub etməyi, Bozcaadanın və Limninin geri alındığını, ya da üsyançı Abaza Həsən Paşanın əzildiyini mənə deyərkən, bunların ən axırıncı və ötəri uğurlar olduğunu əlavə edirdi: yaxın vaxtda axmaqlığın və bacarıqsızlığın palçığına batacaq şikəstin son tərpənişləri idi bunlar: sanki bir-birini təkrarlayaraq bizi daha da çox yoran günləri dəyişdircək pis bir hadisə gözləyirdi. Həm də elm deyə bayraq etdiyi varlığın da, yanında ümidi qalmadığı üçün tam mənada dura bilmirdi. Yeni bir düşüncənin həyəcanına bir həftədən çox dayana bilmir, tez bir zaman da axmaqlarını xatırlayaraq hər şeyi unudurdu. İndiyə qədər düşündükləri onun üçün bəs etmirdimi? Onun üçün bu qədər beyin yormağa dəyərdimi? Bu qədər hirslənməyə dəyərdimi? Hələ o vaxtlar özünün onlardan ayırmağı lap təzə öyrəndiyi üçün, bu elmin mahiyyətinə çatmaq üçün lazım olan gücü və istəyi öz içində cəmləyə bilmirdi. Amma özünün onlardan fərqli olduğuna artıq inanırdı. Daha çox nəzərəçarpan ilk həyəcan daxili sıxıntıdan əmələ gəldi. Artıq başını heç bir mövzuda uzun-uzadı yormadığı üçün, o günlərdə vaxtını, eynən öz-özüylə oynamayan eqoist və axmaq uşaqlar kimi evin içində bir otağa girib digərindən çıxaraq, bir mərtəbədən digərinə çıxıbdüşərək, pəncərələrdən boş-boş baxaraq keçirirdi. Taxta evi taq-taraq taqqıldadan bu qurtarmayan əsəbiləşdirci gəzintiləri vaxtı mənim yanıma gələndə, məndən başqatılası bir əyləncə, düşüncə və ümidləndirici söz gözlədiyini bilirdim.

Amma bezginliyimə baxmayaraq ona qarşı olan qəzəb və niftətim heç də azalmadığı üçün, gözlədiyi sözü ona demirdim. Məndən cavab almaq üçün qürurunu qırıb, alçalaraq bir neçə cümlə dediyi vaxtlar belə istədiyi sözü ona deməzdim, saraydan aldığı xeyrəyozulası bir xəbəri, ya da prinsiplə araxasınca gedərsə, burnu ovulacaq bir nəticəylə üzləşəcəyi yeni fikirini eşidəndə, ya özümü eşitməməzliyə vururdum, ya da dediyi şeyin ən bayağı tərəfini üzə çıxararaq həyəcanını azaldırdım. Daxili boşluqda, ümidsizlik içində qıvrılmağını seyr eləmək mənə xoş gəlirdi. Amma sonralar başını qatacaq yeni düşüncənin də bu boşluqda olduğunu gördü, bəlkə, bu hal öz-özü ilə qaldığı üçün beləydi, bəlkə də, heç bir şeyin üstündə tam dəqiqliyi ilə dayanmayan fikri öz səbirsizliyinin sərhəddini keçə bilmədiyi üçün. O vaxt ona cavab verdim, çünki onu cəsarətləndirmək istəyirdim, ağlına gələn şey mənim də marağıma səbəb oldu, düşündüm ki, bəlkə, mənim də marağımın fərqinə varar. Bir gün axşamüstü evi tıqqıldadaraq gəzəndə ayaq səsləri ilə birgə Xoca otağıma girib, gündəlik və adi bir şeydən danışırmış kimi “niyə sən mənsən?” deyəndə, onu cəsarətləndirmək istəyərək cavab verdim. Niyə mənim Xoca olduğumu bilmədiyimi deyəndən sonra, bu problemin orada, onların arasında, çox soruşulduğunu, hər gün daha çox öyrənilmək istənildiyini əlavə etdim. Bunu deyərkən fikrimdə bu sözümü saxlayacaq heç bir örnək, heç bir fikir yox idi, heç bir şey də yoxdu, sadəcə olaraq sualı o istəyən kimi cavablandırmaq istəmişdim, bəlkə də, bəsit bir instinktlə, oyundan xoşlanacağını hiss etdiyim üçün bu beləydi. Təəccübləndi. Mənə maraqla baxırdı, istəyirdi ki, davam eləyim, mən susanda səbri çatmadı, istədi ki, təkrar deyim: demək, onlar bu sualı soruşurdular? Gülümsəyərək onun sözünün təsdiq elədiyimi görəndə hirsləndi, bunları onlar soruşurlar deyə soruşmurmuş, onların soruşduğundan xəbərsiz olaraq özü soruşub, onların nə iş gördükləri onun heç vecinə də deyilmiş. Sonra qəribə bir ədayla dedi: “Sanki, qulaqlarımın içində bir səs, davamiyyətli olaraq mənə mahnı oxuyur.” Qulağının dibində oxuyan bu müğənni ona atasını xatırladıb, ölümündən əvvəl onun da elə bir müğənnisi var imiş, amma onun mahnıları fərqliymiş. “Mənim müğənnim həmişə eyni nəqarəti oxuyur”, - bir qədər utanan kimi oldu və dedi: “Mən mənəm, mən mənəm. Ah!” Az qala qəhqəhə çəkəcəkdim, özümü saxladım. Bu əgər xoş bir zarafatdısa, o da gülməliydi, amma gülünclükdən kənar olduğunu bilirdi. Mənim boynuma düşən həm bu gülünclüyün, həm də nəqarətin ifadə etdiyi mənanı başa düşdüyümü hiss etdirmək idi, çünki bu dəfə istəyirdim ki, yenə davam eləsin. Nəqarətin ciddi bir şey olduğunu dedim, təbii ki, qulağımın dibində o mahnını oxuyan ondan özgə adam deyildi. Yəqin bu sözlərimlə, onu ələsaldığımı hiss edib hirsləndi: O da bunu bilirmiş, onu maraqlandıran həmin səsin bu sözləri oxuyub hansı səbəbdən dayanması imiş. Təbii ki, narahat olduğuma görə demədim, amma açığı mən də elə düşünürdüm. Eqoist uşaqlarda olan darıxmaq hissi, məhz, bu cür nəzərəçarpan, ya da cəfəng nəticələrinin olduğunu ancaq özümdə yox, qardaşlarımda da olduğunu bilirdim. Dedim ki, bu nəqarətin səbəbini yox, mənasını düşünməlisən. O vaxt ağlıma gəldi ki, bəlkə də, bu daxili boşluqda dəli ola bilər, mən də ümidsizliyin və qorxaqlığın sıxıntısından ona nəzarət edərək xilas olardım. Bəlkə bu dəfə bunu edərsə, həqiqətən də, ona heyran olardım, bu ikimizin də həyatında real bir şey olardı. Nəhayət, axırda dedi: “Yəni neyləyim?”. Niyə mən olduğumu düşündüyünü soruşdum, amma bunu məsləhət verirəmmiş kimi demədim, mən də ona bu haqda kömək edə bilməyəcəyim üçün, iş ancaq onun özünə qalırdı. Zarafatla dedi:“Yəni neyləyim, aynaya baxım?”. Amma rahat görünmürdü. Düşünsün deyə susdum. Təkrar dedi: “Aynaya baxım?”. Birdən hirsləndim, düşündüm ki, Xoca öz başına heç bir nəticə əldə edə bilməyəcək. İstəyirdim ki, bunu o da bilsin, istədim ki, mənsiz heç bir şey edə bilməyəcəyini üzünə deyim, amma cəsarətim yox idi, yumşaq bir tövrlə dedim ki, aynaya baxsın. Xeyr cəsarətim yox, halım yox imiş, hirsləndi, qapını cırpıb gedəndə qışqırdı. Mənə dedi ki, sən axmaqsan. Üç gün sonra söhbəti təkrar açanda, sözü yenə “olanlara” gətirmək istədiyini görəndə oyunu davam etdirmək istədim, çünki necə olursa olsun, işin arxasınca getməyi o məqam da ümidvericiydi. Onların – mənim ölkəmdəkilərin aynaya baxdıqlarını, həm də, burdakılardan daha çox aynaya baxdıqlarını dedim. Ancaq kralların, kraliçaların, nəsil-nəcabətlilərin yox, adi insanların evləri də xüsusi qaydada da çərçivələnib, divarlara diqqətlə asılmış aynalarla dolu idi, amma təkcə bu səbəbdən yox, ancaq özlərini düşündükləri üçün bu işdə uğur qazanmışdılar. Məni təəccübləndirən maraq və saflıqla soruşdu: “Hansı işdə?”. Fikirləşdim ki, dediklərimin hər
kəlməsinə inanır, amma sonra gülümsədi: “Deməli, səhərdən axşama qədər aynalara baxırlar”. Ölkəmdə qoyub gəldiklərimi birinci dəfəydi ki, ələ salırdı. Hirslə ona toxunacaq bir söz tapmaq istədim, düşünməyərək, inanmadan tezcə dedim: “Nə olduğunu insan ancaq özü düşünə bilər”, amma Xocada bu işi görə biləcək cəsarət yox idi. Sifətinin istədiyim kimi kədərlə sarsıldığını görəndə ləzzət aldım. Amma bu ləzzət mənə baha başa gəldi. Məni zəhərləyib öldürməklə qorxutduğu üçün, onun göstərə bilməyəcəyimi iddia etdiyim cəsarəti, bir neçə gün sonra göstərməyimi məndən istədiyi üçün belə oldu. Əvvəl işi zarafata bağlamaq istədim, aynalara baxmaq kimi, insanın kim olduğunu özünü düşünə bilməyi də zarafat idi, o sözləri onu hirsləndirmək üçün zarafatla demişdim, amma elə görkəmindən də görünürdü ki, bu sözlərə inanan deyil. Cəsarətimi isbat etməsəm, məni yeməyimi azaltmaqla, ən vacibi, otağa salıb qapını kilidləməklə təhdid elədi. Düşünüb kim olduğumu kağıza yazmalıydım, bu işin necə edildiyini, nə qədər cəsur olduğumu onda görəcəkmiş.


Tarix: 09.06.2015 / 13:31 Müəllif: Aziza Baxılıb: 279 Bölmə: Orxan Pamuk - "Bəyaz qala"
loading...