Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oğul-uşaq

röyada qucaqda gəzdirilən balaca uşaq görmək- üzüntü və kədər, həddi buluq yaşına yaxın oğlan isə, müjdəyə yozulur. Röyada həddi buluğa çatmış oğul – qüvvəti və qüdrəti ifadə edir. Quran oxumağı bilən bir adamın məktəbə gedən oğlu olduğunu görməsi – röya sahibi günahının bağışlanmasını istəyir deməkdir. Yuxuda yeniyetmə bir oğlu olduğunu görən adam anası tərəfindən mirasa qovuşacaq. Çoxlu uşağı olduğunu görmək – üzüntü və kədəri bildirir. Görülən uşaq oğlandırsa, röya sahibinin aqibəti yaxşı, qızdırsa- pis olacaq. Subay adamın yuxuda körpə bir uşağı olduğunu görməsi – o adam qüdrət və izzət sahibi olacaq, sağlam və əminamanlıq içində yaşayacaq, işində uğur qazanacaqdır. Röyada görülən kiçik uşaqlar – xırda-para üzüntülərə sayılır. Qucağında qışqırıb ağlayan bir uşaq tutduğunu görən adam ud çalan olacaq. Müxtəlif yozumlara görə, röyada görülən oğlan uşaqları- var-dövlətə, xeyrə də yozulur.


Tarix: 11.03.2014 / 13:28 Müəllif: Ebulfez Baxılıb: 98 Bölmə: O hərfi
loading...