Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dərini qırışlandıran qidalar

Dərimizin vaxtından əvvəl qocalmasının səbəblərindən biri onun qayğısına qalmamağımızdırsa, digər bir səbəb də qidalanmağımıza fikir verməməyimizdir. Çünki qəbul etdiyimiz qidalar birbaşa olaraq daxili orqanlarımızın, eləcə də dərimizin vəziyyətinə təsir edir. Mütəxəssislər belə hesab edirlər ki, dərini cavan saxlamağın ən sadə yolu düzgün qidalanmaqdır. Buna görə də, əziz kişilər, hər nə qədər mütəmadi olaraq dərinizin qayğısına qalsanız, müxtəlif maskalardan istifadə etsəniz də, tez zamanda effektiv nəticə əldə etmək istəyirsinizsə, gigiyenanızın qayğısına qalmağınız da əsas şərtdir. Bu dəfəki məqalədə sizə dərinin erkən qocalmasına səbəb olan dörd qida növü haqqında məlumat vermək istəyirik. Oxuyun və mümkün olduğu qədər onlardan uzaq durmağa çalışın.

Fast- Food
Kalorisi yüksək olan bu hazır qida növünün tərkibində bol miqdarda kabohidronat və yağ var. Buna görə də onlar tez zamanda insanda doyumluluq hissi yaradır. Daha yaxşı olar ki, tərkibində A, C, E vitaminləri, Omega-3 yağı və müxtəlif minerallar olan təbii qidalara üstünlük verəsiniz.

Kofein
Tərkibində kofein olan qidalar cildin qurumasına və qırışmasına səbəb olur. Buna görə də gün ərzində 400 milliqramdan daha çox kofein qəbul etmək məsləhət görülmür. Susuzluğunuzu aradan qaldırmaq üçün meyvə suyu və qazsız su qəbul etməyiniz daha məqsədəuyğundur.

Şəkər
Cildi nəmli saxlayan və dəridəki E vitaminini azaldan şəkər həddindən artıq qəbul edildikdə stress yaradır.

Alkoqollu içkilər
Tez-tez istifadə edildiyi halda spitli içkilər dəri üçün ən təhlükəli qida növü hesab edilir. Üzdəki dəri hüceyrələrinin genişlənməsinə səbəb olan spirtli içkilər dəridə müxtəlif qırışların meydana gəlməsinə səbəb olur, eyni zamanda digər dəri xəstəliklərinin də təməlin qoyur.


Tarix: 07.01.2015 / 13:15 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Metroseksual
loading...