Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vaxtından əvvəl boşalma

Vaxtından əvvəl boşalma bir cinsi problem kimi insana gəlsə də, sadəcə olaraq cinsi uyğunsuzluqdur. Cinsi əlaqədə ən vacib olan şey 2 nəfərin uyğunluğudur. Buna əsasən, vaxtından əvvəl boşalma problemi ondan yaranır ki, kişi qadının orqazmından öncə, və ya qadınla heç əlaqədə olmadan öncə boşalır və cinsi uyğunsuzluq meydana gəlir. Belə halda vaxtından tez boşalma cinsi problem deyil, sadəcə həll edilməsi lazım olan bir problemdir. Yoldaşınız sizinlə qurduğu əlaqədə siz boşalmadan orqazma çatır, və ya sizdən sonra daha gec boşalır və siz ondan daha tez orqazma çatırsınız. Bu cür uyğunsuzluğu aradan qaldırmaq lazımdır.

Aparılan araşdırmalara əsasən kişinin vaxtından tez boşalmasını 3 yerə bölüblər:
1. penis vaginaya girmədən öncə boşalması – yüksək dərəcədə erkən boşalma
2. penis vaginada olarkən 1 dəqiqə, və ya daha az zamanda boşalma – orta dərəcə erkən boşalma
3. penis vaginada olarkən 1-5 dəqiqə arasında olan boşalma – erkən boşalma

Qadına görə orta hesabla isə ideal vaxt 5-15 dəqiqə arası hesab edilmişdir. Amma yenə qeyd edildiyi kimi cütlükdən asılıdır. Kişi isə boşalma müddətini bir az uzatmaq üçün templərdə müəyyən dəyişikliklər etməlidir.


Tarix: 25.11.2014 / 12:47 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: Maraqli Melumatlar
loading...