Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xoşbəxt və sakit Ailə Həyatı

Gənc ailələrin-əksəriyyətinin ayrıca mənzilləri olmadığından onlara mübahisələrini təklikdə, bağlı qapı arxasında aparmaları üçün imkan da olmur. Deməli, istər-istəməz konfliktə kənar şəxslər də (ən çox, arvadın və ya kişinin qohumları, bəzən kənar şəxslər) şahid olurlar. Lakin onlar bu zaman mübahisədə iştirak etməsələr də, mübahisə edənlərdən birisi tərəfini saxlamasalar da müəyyən bir vaxtdan sonra konflikt nə tərəflər haqqında öz fikirlərini söyləyə bilirlər). mübahisə, deyişmə vaxtı başqaları konflikti, deyişməni daha dərinləşdirib ora yeni-yeni şəxslər cəlb edilir. Əgər valideynlər həmin vaxt söhbətə qarışmayıb müəyyən müddətdən sonra bu məsələ haqqında öz fikirlərini desələr, artıq yaddan çıxmaqda olan konflikt yenidən başlana bilər. Ona gərə, əgər gənc ailənin ayrıca mənzili yoxdursa, onlar çalışmalıdırlar ki, öz mübahisələrinə başqalarını qarışdırmasınlar. Bəziləri hətta özlərinə bəraət qazanmaq məqsədilə hələ qapını da açıq qoyur: baxın, eşidin sizin qızınız (oğlunuz) mənimlə necə danışır, özünü neçə aparır. Əlbəttə, valideynlər hər şeyi eşidir, hər şeyi görür və kədərlənirlər. Valideynlər artıq bitirib, borclarını ödəmişlər, indi ailənin xoşbəxtlik, möhkəmliyi üçün gənclərin özləri çalışmalıdırlar.


Əgər ər-arvad xoşbəxt və sakit ailə həyatı ilə yaşamaq istəyirsə aşağıda qeyd olunan məsləhətlərə əməl etməlidirlər:
Bir-birinizi- çürütməyin; eyni məsləhəti, tələbi çox təkrar etməyin. Ağıllı şəxs bir dəfə deyilən sözü, məsləhəti başa düşər. Ağılsız axmaq isə yüz cinsi də deyilsə yenə də başa düşməyəcək.

Bir-birinizi qısa müddətdə tərbiyələndirməyə (özünə oxşatmağa) çalışmayın. Ömrü boyu adamın “canına yo qanına” keçmiş adətləri qısa müddətdə unutmaq, onlardan azad olmaq çox çətindir. Bunun üçün vaxt tələb olunur. Bir də ki, həyat boyu yaranmış bütün adətlərdən (əgər onlar ətraf üçün zərərsizdirsə) əl çəkmək şəxsiyyətin itirilməsinə səbəb olar.

Xüsusilə uşaqların və başqalarının yanında bir-birini tənqid etməyin. Bu məsləhət kişilərdən çox qadınlara aiddir. Bütün tədqiqatçılar ər-arvad arasında tənqidi, hətta haqlı da olsa, yalnız ikilikdə deməyi məsləhət görürlər. Ər-arvad uşaqlann yanında bir-birlərini tənqid etdikdə, bu onların hər ikisini uşaqların gözlərində alçaldır.
Ər-arvad bir-birini qiymətləndirməyi öyrənməlidir.
Ər-arvad bir-birinə qarşı çox diqqətli olmalıdır.
Ər-arval bir-birinə qarşı nəzakətli olmalıdır.
Ər-arvad arasında münasibət, təmas, əlaqə çox sıx və fasiləsiz olmalıdır. Heç bir iş, vəzifə, əyləncə ər-arvadın intim həyatına, münasibətlərinə mane olmamalıdır.
Ər-arvad yalnız yaxşını yadda saxlamalıdır. Yaxşını yadda saxlamaq pisi unutmaq deməkdir.
Ər-arvad bir-birini qorumalıdır (xəstəliklərdən, konfliktlərdən, zərərli adətlərdən və s). Bu haqda atalar sözü də var. “Birinci dövlət sağlamlıqdır, ikincisi xoşbəxt ailə”.


Tarix: 19.11.2013 / 02:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 189 Bölmə: Maraqli Melumatlar
loading...