beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Evli kişini sevib ikinci qadın olmayın! Özünüzü sevin... 12345 Yağlı saçlar üçün mü

Hər bir insan fərqli saç tipinə malikdir və bu saç tipinə (normal – quru – yağlı) görə şampun istifadə etməlidir. Yağlı saçlara sahib kəslərin həm bitki mənşəli və tərkibində krem olmayan şampunlar seçmələri lazımdır. Saçlarınızın yağlı olması dərinin yağlı olmasından qaynaqlana bilər , gərəyindən az və ya çox yumaq da buna səbəb ola bilər. Saçlarınızın yağlı görünüşündən bezdinizsə və saçlarınızı hər gün yumağa ərinirsinizsə…Onda bitki mənşəli lasyon,şampun hazirlayın.Bu lasyonlar və şampunlar ev şəraitində asanliqla hazırlana bilər,tərkibində heç bir kimyəvi maddələr olmur,ona gğrə də maksimum effekti olur.

Bitki mənşəli şampunun ev şəraitində hazırlanma qadası:
Limon qabığı rəndəsi və nanə , gicitikən saçlarınızı və saç dərinizi təmizləyər və canlılıq qazandırar.


125 ml. Su
1 xörək qaşığı gicitikən
Quru Nanə (1 xörək qaşığı)
Təzə limon qabığı rəndəsi (1 xörək qaşığı)
Bitki mənşəli (qoxusuz) şampun (2 yemək qaşığı)
Vəsaitlərimizi 125 ml. suyla dolu bir qabın içinə qoyun, ağızını möhkəmcə bağlayın və qaynadın. Qaynadıqdan sonra 30 dəqiqə bir kənarda qalsın, sonra süzün və təmiz bir şüşəyə tökün. Bu şüşənin içinə bitki mənşəli şampunu əlavə edərək yaxşıca çalxalayın. Şampununuzu artıq istifadə edə bilərsiniz. Hazırladığınız bu qarışığı bir həftə ərzində istifadə etməlisiniz. Əgər soyuducuda mühafizə edirsinizsə 1 aya qədər saxlaya bilərsiniz.

Aromaterapik bitki mənşəli şampunun ev şəraitində hazırlanma qaydası:
Sərv və ardıç esansiyal yağları ilə saçlarınızdakı yağlanılmağı önləyəcək, xoş iy verən bir şampun hazırlaya bilərsiniz.



Alma sirkəsi (2 yemək qaşığı)
Sərv esansiyal yağı (20 Damla)
Ardıç esansiyal yağı (10 Damla)
Bitki mənşəli (qoxusuz) şampun (60 ml.)
60 ml. Su

Esansiyal yağları və alma sirkəsini bir şüşənin içinə tökərək qarışdırın. Daha sonra üzərinə suyu və bitki mənşəli şampunu əlavə edin. Bu qarışığı yaxşıca çalxalayın. Artıq saçlarınızı aromaterapik şampununuzla yuya bilərsiniz.


Yağlanılmanı azaldacaq bitki mənşəli losyonun ev şəraitində hazırlanma qaydası:
Lavanta bitkisi və civanperçemi yağlanılmağı azaldar. Bu losyonla saçlarınızdakı yağı azalda bilərsiniz.

500 ml. Su
Quru Civanperçemi (2 xörək qaşığı)
Quru Lavanta (2 xörək qaşığı)
Quru Nanə (2 xörək qaşığı)
Alma Sirkəsi (2 xörək qaşığı)

500 ml. Suya bitkilərimizi qoyun və qapağı bağlı bir şəkildə qaynadın. Qaynadıqdan sonra dəmlənməyə buraxın və soyuyana qədər gözləyin. Daha sonra süzərək başqa bir təmiz şüşə qaba boşaldın və içərisinə iki qaşıq sirkəni əlavə edərək yaxşıca çalxalayın. Saçlarınızı normal bir şəkildə şampunladıqdan sonra losyonumuzun dörddəbirini (125 ml.) saçlarınıza sürün. Losyonun qalanını soyuducunuzda iki həftəyə qədər saxlaya bilərsiniz.






Yağlı saçlar üçün müalicəvi lasyon:
Cökə çiçəyi (10 gr. kafidir)
1 ədəd limon
Alma sirkəsi (1 yemək qaşığı)
1 lt. su

1 lt. suyun içərisinə cökə çiçəklərini qoyun. İçərisinə limonumuzun qabıqlarını rəndələyərək əlavə edin. Bu qarışığı qaynadın və 10 dəqiyə qədər dəmlənyin. Qarışığımımız dəmləndikdən sonra alma sirkəsini əlavə edin. Artıq baxım müalicəvi lasyonumuz hazırdır. Bu baxım müalicəvi lasyon ilə saç diblərinizi isladıb bir müddət gözləyin. Daha sonra saçlarınızı durulaya bilərsiniz.


Tarix: 06.12.2012 / 11:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 455 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri