Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mariya Şarapovanın gözəllik sirləri
Mariya Şarapovanın gözəllik sirləri

27 yaşlı rusiyalı raketka ustası Mariya Şarapova "woman.ru” saytı ilə gözəllik sirlərini bölüşüb.
İlk ətrim "Estee Lauder” olub. Daha çox zərif qadın ətirlərini sevirəm. Ağ rəngin və lavandanın qoxusunu çox bəyənirəm. Ətir seçimində ən birinci nəzərə aldığım həmin qoxunun məni rahat hiss etdirməsidir.

Tennis meydançasına çıxarkən ətir vurmuram, kosmetikadan da istifadə etmirəm. Mənə təbii dəri ilə meydançaya çıxmaq daha rahatdır.

Kosmetikadan ilk dəfə 16-17 yaşımda istifadə etmişəm. Üzümdəki makiyajı silmək üçün "Decleor” markasından istifadə edirəm. Harasa gedəndə "Chanel”dən dodaq boyası mütləq çantamda olmalıdır.

Gündəlik həyatda nəmləndirici krem, tuj və təbii çalarlı dodaq boyasından istifadə edirəm. Səyahətə çıxarkən mütləq yanımda götürəcəyim kosmetik vasitələr dodaq üçün nəmləndirici balzam və kremdir.

Hər gecə soyuducuya "Evian”dan termal su qoyuram. Səhər isə onu özümlə götürür, məşqlərdən sonra üzümə və bədənimə qoyuram.

2-3 aydan bir SPA mərkəzinə gedir, kosmetoloqun qəbulunda oluram. Daimi hərəkət insana enerji verir və orqanizmi cavan saxlayır. Bədəninizi formada saxlamaq istəyirsinizsə, idman edin.

Plastik əməliyyat haqda heç vaxt düşünməmişəm. Çünki hələ gəncəm. Ancaq indidən deyə bilmərəm ki, heç vaxt estetik əməliyyat etdirməyəcəm.


Tarix: 16.04.2015 / 12:41 Müəllif: Aziza Baxılıb: 281 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...