Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Evdar qadınlar kilolarını idarə atında necə tutmalıdır?

Ev xanımlarının kilo almasının səbəbləri nələrdir?
• Mətbəxdə keçirilən vaxtın uzun olması və bu əsnada edilən çox atışdırmalar,
• Hər gün içilən çaylarda qəbul edilən yüksək yağ və şəkər ehtiva edən keks, tort, börək və digər xəmir məmulatları.
• Qəbul günlərində xanımların sanki bir-birləriylə yarışarcasına hazırladıqları çox müxtəlif və bol kalorili qidanlar.
• İnkişaf edən texnologiya ilə birlikdə ev işlərinin böyük əksəriyyətinin maşınların vasitəçiliyi ilə reallaşdırılması.
• Fiziki fəaliyyətin qeyri-kafiliyi.


Qidalanma təklifləri:
● Qəbul günləri kilo almaq üçün böyük faktordur. Belə günlərdə sanki qadınlar arasında bir rəqabət meydana gələr və bir yemək hazırlama yarışına girilər. Halbuki daha az kalorili və daha ləzzətli menyular hazırlamaq mümkündür. Ağır xəmir şiriniyyatlar yerinə dondurma, az şəkərli südlü şirniyyatlar və meyvə şirniyyatlarını, tort və qızartmalar yerinə az yağ ilə hazırlanmış börək və qoğalları, təzə meyvə və mayonezli və bol yağlı salatlar yerinə bol yaşıllıqlı vitamin anbarı olan salatlar, təzə meyvələri, şəkərli və turşulu içkilər yerinə ayran, təzə sıxılmış meyvə sularını və bitki çaylarını seçmək həm alınan artıqdan kaloriləri azaldar həm də sağlamlığa müsbət qatqı təmin edər.
● Yemək yemə sürəti çox əhəmiyyətlidir. Yeməkləri yavaş yemək, yaxşı çeynəmək, kiçik tikələr halında yemək həm həzmə köməkçi olub qaz və həzmsizliyi önləyər həm də toxluğun daha az müddətdə meydana gəlməsinə kömək edər.
● Yemək hazırlama və bişirmə əsnasında doğru üsulların istifadə edilməsi alınacaq gərəksiz kaloriləri önləyəcək. Məsələn, ətli yeməklərə əlavə yağ əlavəsinə ehtiyac yoxdur, tərəvəz və zeytun yağlılara əlavə olunan yağ miqdarı azaldılıb, ədviyyatlarla yeməklər ləzzətləndirilə bilər. Ət və 't məhsullarında yağsız olanlar, süd və məhsullarında isə yağsız və ya yarım yağlı olanlar seçim edilə bilər.
● Yemək xidmətinin uyğun boşqablarla edilməsi həm yemək israfını önləyər, həm də qalan yeməkləri bitirmə məqsədi ilə artıq alınan enerjini azaldar.
● Edilən fiziki fəaliyyət miqdarı artırılmalıdır. Həftənin ən az 3 günü nizamlı olaraq 30- 45 müddət ilə dəqiqə qaçış, üzmə kimi məşqlər edilərək həm kilo verilməsi təmin edilər həm də kilo alışları maneə törədilər. Məşqləq enerji alışını məhdudlaşdıracağı kimi, sağlamlığı inkişaf etdirməyə də köməkçidir.


Tarix: 25.11.2014 / 12:26 Müəllif: Aziza Baxılıb: 74 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...