Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

8 kilo arıqladan "Kosmos pəhrizi"

Rusiyada geniş yayılmış "kosmos pəhrizi”ndən daha çox siyasətçilər və sənətçilər istifadə edirlər. Kosmonavt və astronavtların menyusu əsasında hazırlanan pəhriz ciddi əməl olunarsa 8 gündə 5-6 kiloqram arıqlamaq mümkündür.

"Kosmos pəhrizi”ndə bütün qida maddələrinə ballar verilir. İncəlmək üçün bir gündə qəbul olunan qidaların balları 40-ı keçməməlidir. Proteinlə zəngin pəhrizin qəribə tərəfi isə odur ki, burada istədiyiniz qədər qaynadılmış ət yeyə bilərsiniz. Pəhriz zamanı kartof çox nadir hallarda yeyilə bilər. İstənilən qədər meyvə yemək olar, lakin 25 ballıq armuddan imtina edilməsi məsləhətdir. Menyunuza balıq, çay, qəhvə əlavə edib, spirtli içki və şirniyyatları çıxarmalısınız.

"Kosmos pəhrizi”ndən bəzi qidaların balları:

Ağ çörək (100 q) – 48 bal
Qara çörək (100 q) – 40 bal
Makaron (100 q) – 40 bal
Düyü (100 q) – 40 bal
Pendir (100 q) 0,5 % – 2 bal
Yumurta (1 əd) – 0,5 bal
Souslu balıq (100 q) – 5 bal
Pomidor (1 əd) – 6 bal
Şirin bibər (1 əd) – 9 bal
Kartof (1 əd) – 23 bal
Alma (1 əd) – 18 bal
Armud (1 əd) – 25 bal
Dondurma (100 q) – 70 bal
Kremli tort (1 dilim) – 62 bal
Bal (50 q) – 12 bal
Soyutma ət – 1 bal
Soyutma kələm – 9 bal (formaggio)


Tarix: 25.11.2014 / 11:11 Müəllif: Aziza Baxılıb: 112 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...