Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Arıqlamağın ən asan üsulu tapıldı

Arıqlamağın ən asan yolu tapıldı.Qadin.az ANS PRESS-in məlumatına görə bildirir ki, alimlər sübüt ediblər ki, yumurta ilə arıqlamaq mümkündür.

Son zamanlar belə bir düşüncə mövcuddur ki, toyuq yumurtası xolesterin mənbəyidir. Hətta yumurta çox ağır və kalorili qidadır. Lakin Liverpul universitetinin alimi doktor Nikolas Xarman yumurta üzərində kiçik bir təcrübə keçirərək sübut edib ki, gün ərzində iki yumurta yemək qanda xolesterinin qalxmasına səbəb olmur.

Alimlər təcrübə üçün orta yaş həddi 44 olan 450 nəfər insanı 2 qrupa ayırıblar. 1-ci qrup 12 həftəlik yumurtasız pəhriz , 2-ci qrup isə gün ərzində iki yumurta yeməklə pəhriz saxlayıb. 1-2 həftədən sonra hər iki qrup demək olar ki, eyni nəticəni göstərib. 3,5 və 4,5 kilo itirib. Bununla yanaşı hər iki qrup insanın qanında xolestrenin səviyyəsi 0,2- 0,16 % azalma müşahidə olunub.

Bu nəticədən sonra mütəxəssislər belə qərara gəliblər ki, arıqlamaq istəyən insanlar yumurtadan imtina etməsinlər. Digər tərəfdən də yumurta proteindir, idmanla məşğul olduğunuz zaman qısa bir müddətdə yaxşı bədən forması yaratmağa, əzələləri möhkəmləndirməyə köməklik edir.

Yüksək səviyyəli dietoloq - qastrentoloq Svetlana Berejnaya qeyd edib ki, bir yumurtada 70 - 75 kalori təmiz protein var, zülal isə 6 - 6,5 qramdır. Məlumdur ki, qida qəbulu zamanı bir orqanizim 20 qrama kimi zülal alır. Deməli iki yumurtadan aldığımız təmiz protein əzələlərdə, damarlarda, sümüklərdə mənimsənilir.

Mütəxəssislər bildirirlər ki, ilin isti dövrlərində çiy yumurta yemək düzgün deyil, həm də kremli şirniyyatların hazırlanması zamanı güvənilməyən yerlərdən yumurta almaq təhlükəlidir.

Xüsusilə çiy və qızardılmış yumurtanı qaraciyər – öd xəstəlikləri, hepotitlərdə, şəkər xəstəliyi ( diabet xəstəliyi zamanı yumurta qadağan deyil, lakin həkim məsləhəti ilə istifadə olunmalıdır) zamanı məhdudlaşdırmaq lazımdır.


Tarix: 25.11.2014 / 11:05 Müəllif: Aziza Baxılıb: 61 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...