Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaraşıqlı kişilər necə gənc qalır?

Əlbəttə ki, həddindən artıq süslənmiş, özünə bəzək düzək verən kişilər insanda qıcıq doğurur və oriyentasiyası şübhə altına düşür. Ancaq gözəlləşmək təkcə qadınlara xas olan xüsusiyyət deyil. Hələ qədim dövrlərdə Misir fironları gənc görünmək üçün müxtəlif gənclik iksirləri içər, xarici görkəmlərinə, saçlarına fikir verərdilər. Əgər qadınla kişi bərabərliyindən danışırıqsa, güclü cinsin nümayəndələrinin xarici görkəminə fikir verməyə haqqı olduğunu qəbul etməmək gülünc olardı. Məsələn, təkcə məşhur qadınlar deyil, məşhur kişilər də cavan və yaraşıqlı qalmaq üçün bir neçə məqama fikir verir.

Kamera qarşısında keçən, ulduzluq həyatını seçən kişilər üçün gözəllik və sağlamlıq başlıca məsələlərdən hesab olunur. Bu baxımdan 40 yaşında belə bəzi sənətçilər yaşlarına görə çox cavan görünürlər.

Bəzi qadınların heyranlıqla izlədiyi bildirilən 44 yaşındakı Avstraliyalı aktyor Hugh Jakman həmin məşhurlardandır. Jackman-ın sirri olduqca sadədir: idman və rəqs. Nizamlı olaraq qaçış, üzgüçülük və boks məşqlərində iştirak edən məşhur aktyor eyni zamanda, Broadvayda rəqs edir. Formada qalmasının başlıca səbəblərdən biri maraqlı və əyləncəli həyat tərzi sürməsidir.

Digər məşhurlardan Corc Kluni “People” jurnalı tərəfindən 1997 və 2006-ci illərdə ən cəlbedici kişi aktyoru seçilib. O, idman və yoqa ilə məşğul olduğundan yaşlanmadığını, özünü yaşından çox daha gənc və xoşbəxt hiss etdiyini bildirir.

Tanınmış aktyor Vill Smit isə sağlam və gənc görünüşünün sirrini hər gün səhər qaçışı ilə məşğul olmaqda və gün ərzində kitab oxuyaraq zehnini inkişaf etdirdiyində görür.

Bütün qadınların bəyəndiyi amerikalı aktyor Bred Pitt cəlbedici olmaqla yanaşı 51 yaşında cavan qalmağının sirrini xoşbəxt ailə həyatında və 6 uşağı ilə vaxt keçirməyində görür. Fiziki olaraq formada qalmağını isə sağlam qidalanması isə vaxt tapdıqca sörf idman növü ilə məşğul olmağı ilə izah edir.

2012-ci ildə P&G sponsorluğunda London Olimpiya Oyunlarının elçisi olan 45 yaşlı Mustafa Sandal sağlam və cavan olmağını siqaret və spirtdən uzaq durmaqda və gün ərzində 3 saat idmanla məşğul olmasında görür.

Türkiyədə gənc qızlar tərəfindən həddindən artıq bəyənilən yaraşıqlı sənətçi Murat Boz 35 yaşında olmasına baxmayaraq, cavan görünməsinin sirrini həftə ərzində 3 gün bodibildinq-lə məşğul olmağı ilə izah edir.


Tarix: 24.11.2014 / 17:23 Müəllif: Aziza Baxılıb: 77 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...