Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Modellər kimi cazibədar və incə ayaqlara sahib olmağın təbii üsulu

Yay aylarının əvəzolunmaz ayaqqabıları olan səndəllər qüsursuz və cazibədar ayaqlar tələb edir. Çünki açıq ayaqqabılar ayaqlarda olan qüsurları aydın şəkildə büruzə verir. Sun.az Rusiya mətbuatına istinadən gözəl və cazibədar ayaqlara sahib olmağın yollarını təqdim edir.

Gözəl ayaqlara sahib olmağın tək yolu, dırnaq boyası çəkməkdən ibarət deyil. Xüsusən də yay aylarında, 15 gündən bir pedikürə getmək yetərli olmur. Gün ərzində bədənin bütün ağırlığını daşıyan ayaqların daimi qulluğa ehtiyacı var. Geydiyiniz hər yerdə diqqət mərkəzində olmağa iddialısınızsa, onların baxımını təmin etməlisiniz.

İlk olaraq pedikürdən başlayın

Ayaqları həftədə bir dəfə 10 dəqiqə ilıq suda saxlayın. Suyun içinə bir neçə damcı uşaq yağı tökün. Sudan çıxardıqdan sonra ayaqları dəsmalla qurulayın. Ayaqların üstündəki ölü dəridən xilas olmaq üçün sərt süngərlə ovun. Ayaqları yaxşı yaxaladıqdan sonra nəmləndirici çəkin və yaxşıca yayın. Sonda isə dırnaq ətlərini taxta çubuqla təmizləyin. Dırnaqlar hazırdır və boya çəkə bilərsiniz.

Təcili tələb edən qulluq

Çox quru və qalın ayaq dərisinin xilaskarı limon suyudur. Limonu ortadan ikiyə bölün. Topuqlara və digər sərtləşmiş yerləri bir dəqiqəyə yaxın limonla ovun.

Ayaqları yumşaltmaq və səndəllərə yaraşan bir hala gətirmək üçün modellərin istifadə etdiyi bir üsul var. Gecə yatmazdan əvvəl ayaqlara vazelin sürtün və yumşaq plastik sellofonla bağlayın. Üzərindən pambıq corab geyinib yatın. Səhər yuxudan durdandan sonra ayaqlarınız çox yumşaq olacaq.

Ayaqların müntəzəm qulluğa ehtiyacı var

Ayaq dərisinin sərtləşməsinə mane olmaq üçün duş zamanı ayaqları ovun. Hər axşam yatmazdan əvvəl nəmləndirici çəkin. Bunu diş fırçalamaq kimi vərdiş halına gətirin. Çəkdiyiniz kremin xüsusilə ayaqlar üçün hazırlanmış olmasına diqqət edin.

Dırnaq boyalarının əhəmiyyətini yaddan çıxartmayın

Qaralmış dəriyə ən çox yaraşan ayaq boyaları, əlvan rənglərdir. Əllərə də boya çəkən zaman ayaqlarınızdakı rənglə eyni olmasına fikir verin. Ayaqlara sədəf və ya parıltılı boya çəkmisinizsə, əllərinizə mat tonlar çəkməyin. Eyni hal əksi üçün də keçərlidir.

Qum terapiyasının möcüzəli təsiri

Yayda qumsalda gəzmək, ayaqlara çox yaxşı təsir edir. Qum ayaqlardakı ölü dərini təmizləyir, eyni zamanda, masaj təsiri də bağışlayır. Qum vannası ayaqlarda revmatizm olan xəstələr üçün ən yaxşı müalicə üsuludur.

Dermatoloq məsləhətləri

Ayağı sıxan ayaqqabılar geyinməkdən dolayı ayaqlarda yaranan yaraların qabıqları düşdüyü zaman qəhvəyi izlər qalır. Onları təmizləmək mümkün deyil. Belə halda dermatoloqa gedib mikrodermabrazyon etdirə bilərsiniz.


Tarix: 24.11.2014 / 17:21 Müəllif: Aziza Baxılıb: 56 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...