Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qaralmağa kömək edən qidalar - Siyahı

Yay aylarında hamı qaralmaq istəyir. Ancaq ekspertlər qaralmağı məsləhət görürmürlər. Həm günəş altında qalmaq, həm də solariyə girmək eyni dərəcədə təhlükəlidir. Hər ikisi də gələcəkdə dəri xərçəngi olmaq riskini artırır.

Ancaq sağlam şəkildə qaralmaq da mümkündür.

Bunun üçün dəri tipinə uyğun günəşdən qoruyucu kremlər çəkmək, saat 12:00 – 16:00 arasında günəşdə qalmamaq kimi qaydalara əməl etmək lazımdır. Qaralmaq prosesini sürətləndirmək üçün bəzi qidalardan istifadə etmək lazımdır. Evdən çıxmadan öncə yeyilən bəzi tərəvəz və meyvələr sağlam qaralmaq üçün ən yaxşı vasitənizə çevrilə bilər.

Əvvəlcə onu qeyd edək ki, bədənimizdə melanin adlı bir maddə var ki, o bizi günəşin zərərli təsirindən qorumaq üçün fəaliyyətə keçir.

Melanin istehsal olunduqca dərinin rəngi qaralır. Bədənimizdəki bu maddənin artması üçün gün ərzində bəzi qidalardan istifadə etmək lazımdır.

Bəs həmin tərəvəzlər hansılardır?

1.Qarpız

2.Yemiş

3.Ərik

4.Şaftalı

5.Kök

6.İspanaq

7. Pendir

Sağlam qaralmaq üçün tərkibində E vitamini bol olan qidalara da üstünlük verin. Çünki günəş şüaları dərinin tez qocalmasına və dəridəki hüceyrələrin ölməsinə səbəb olur. E vitamin isə bunun qarşısını alır.

Gündə bir ovuc fındıq günəşin zərərli şüalarından qorunmağınıza kömək edə bilər.


Tarix: 24.11.2014 / 17:02 Müəllif: Aziza Baxılıb: 42 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...