Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarın və ayaqlardakı çatlaqlardan xilas olun!

Qadınların ən böyük problemlərindən biri də dəridəki çatlaqlardır.

Sun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tez-tez kökəlib arıqlayan və hamiləlik dövründə həddindən artıq kökələn qadınların qarın və ayaqlarında çatlaqlar əmələ gəlir.

Bu xüsusilə də çimərlik mövsümündə problemə çevrilir. Kompleks edən qadınlar bikini geyinə bilmirlər və özlərini çox narahat hiss edirlər.

Bu problemlə yaşından asılı olmayaraq, qadınların çoxunun üzləşdiyini nəzərə alaraq Türkiyənin məşhur dermotoloqlarından olan Suna Dumankayanın çatlaqlar üçün məsləhət bildiyi ən yaxşı maska reseptini təqdim edirik:

Eyni miqdarda kakao yağı, hindqozu yağı, buğda yağı və limon suyunu yaxşıca qarışdırın. Daha sonra bu qarışımı təmiz dəriyə çəkin. Əlbəttə ki, bu zaman yavaş-yavaş masaj etməyi unutmayın.

Nəticənin qısa zamanda görünməsi üçün maskanı hər gün çəkməlisiniz.

Bir ay sonra çatlaqların azaldığını hiss edəcəksiniz. Ancaq bu problemi tamamilə aradan qaldırmaq mümkün deyil. Ona görə də hamiləliyin ilk 3 həftəsindən sonra bütün qadınlar çatlaqlara qarşı olan kremlərdən istifadə etməlidirlər.


Tarix: 24.11.2014 / 17:00 Müəllif: Aziza Baxılıb: 23 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...