Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşağınız qaytarır? Hərəkətə keçmək vaxtıdır! - PSİXOLOQ YAZIR

Əsasən anoreksiya 14-15 yaşında müşahidə olunsa da, son illər bu xəstəliyə körpələrdə də təsadüf olunur.
Zorla yedizdirilən yemək udulduqdan sonra körpə tərəfindən qaytarılır.
Körpələrdə anoreksiya 6 aydan sonra müşahidə olunmağa başlayır.
Analar uşaq dünyaya gəldiyi andan onların yemə və gigiyenik normalarına xüsusi diqqət yetirirlər. Xüsusən yemək yedizdirərkən normasını aşaraq “zəifləyəcək” düşüncəsi ilə zorla yedirirlər. Sevgisini körpəsini çox yedizdirərək göstərən ana zaman keçdikcə rolları dəyişərək yeməkdən qaçan uşaq və əziyyət verən ana roluna çevrilir. Bu problem zamanı hər cür vasitələrdən istifadə edilir. Məsələn, onlarla şərt kəsir, şantaj edir, fiziki cəzalandırır, mükafatlandırır. Heç biri təsir etməsə, ən sonda yerə uzadaraq yeməyi zorla ağzına qoymağa cəhd edir. Amma bu heç də uşaq kaprizi dediyimiz vəziyyət olmaya bilər. Bu əlamətlər anoreksiya dediyimiz klinik-psixoloji problemin başlanğıcı ola bilər.
Əsasən anoreksiya 14-15 yaşında müşahidə olunsa da, son illər bu xəstəliyə körpələrdə də təsadüf olunur. Körpələrdə anoreksiyanın ilk əlaməti, uşağın əmməkdən və ya əmzikdən imtina etməsidir. Bu zaman məcbur etməkdən yaranan qəfil qusma izləri, aclıq əlamətləri müşahidə olunmur. Qaşıq ilə yeyərkən isə ağız passiv bir şəkildə açılır, ancaq bu dəfə udma aktı gerçəkləşmir. Körpə yemək yeməsə belə yuxusuzluq və halsızlıq müşahidə olunmur.
Yemək zamanı ana başda olmaqla ailənin bütün üzvləri uşağı yedizdirmə prosesində iştirak edir. Mahnılar səslənib hekayələr oxunur, oyuncaqlarla oynanılır, yeməyin dadı ata başda olmaqla digər ailə üzvlərinə- nənəyə, babaya, bibiyə dadızdırılır. Bunlar fayda vermirsə, ən son halda yuxuda süd və ya yemək verilir. Təəssüf ki, bunların heç biri körpə tərəfindən qəbul edilmir. Beləcə yemə prosesi uzanır və zorla yedizdirilən yemək udulduqdan sonra körpə tərəfindən qaytarılır.

Nəzərə alın ki, yedizdirən adam dəyişsə də, uşaqda yeməklərdən imtina davam edəcək. Yeməyi yedizdirən adamın dəyişməsi ilk vaxtlar effektiv görünsə də, bu metod qısa müddət ərzində təsirini itirir. Xüsusən belə situasiyalarda valideynlərin, əsasən də anaların narahatlığı daha çox artır.
Uşaqlarda bu əsasən 6 aydan sonra müşahidə olunmağa başlayır. Əsasən uşaqlara zorla yedizdirməyə ikinci hallarda infeksiya, peyvənd, diş çıxarma və s. səbəb olur.
Körpənin 2 yaşından sonra anoreksiya daha da kəskinləşir. Əgər üzərinə düşməsəz, bu problem dərinləşərək yuxusuzluq, nevrotik tutmalar, qıcolma və s. kimi psixoloji problemlərə gətirib çıxarır.

Anoreksiya müşahidə olunan uşaqlar mütləq psixoterapiya ilə paralel həkim müayinəsindən keçməli, ehtiyac duyularsa, farmakoterapiyadan da istifadə edilməlidir. Xüsusən problem valideynlərin zorla uşağı yedizdirməyə çalışmasıdır.
Yedizdirmə zamanı nələrə diqqət edilməli:
- Verilən yemək uşaq tərəfindən imtina olunarsa, məcbur edilmədən digər yemək seçilməlidir;
- Yemək az miqdarla başlanmalıdır;
- İmtina olunan yeməyə yenidən dönmək və verilən yeməyin miqdarını dəyişdirmək məsləhət deyil;
- Miqdarın artırılması ancaq uşağın istəyi ilə olmalıdır;
- Yemək saatlarında ana-uşaq rolları dəyişdirilməlidir. Uşağı tələb edən roluna yönləndirmək lazımdır;
- Heç bir halda zorla yedizdirmək olmaz;
- Yemək vaxtında oyun oynamaq, uşağın qabağında yemək haqqında danışmaq da məsləhət deyil.
Bunlar zamanla dəyişilməlidir. Uşağınız əlləri ilə yeyə, ətrafını və özünü çirkləndirə bilməlidir. Artıq uşaq özü yeməyə cəhd edirsə, bu terapiyanın uğurla nəticələnməsinin əlamətidir. Lakin hədsiz narahat və həssas analar müalicəyə bəzən mənfi təsir göstərə bilirlər. Belə ki, qayğılı ana tez panikaya qapıla bilir. Hər deyilənləri yerinə yetirsə də, hədsiz həssaslığı anoreksiyanın yenidən yaranması üçün şərait yaradır.
Araşdırmalara görə, uşaqlarda müşahidə edilən əksər problemlərin səbəbi ailə mühiti, ana- atanın psixoloji durumudur. Övladlarınızın sağlamlığı üçün öz sağlamlığınızı qoruyun. Problem nə qədər uzun müddət davam edərsə, bu bir o qədər ailə münasibətlərinizi zədələyəcək, problemin düzəlmə şansını azaldacaqdır.


Tarix: 24.11.2014 / 16:31 Müəllif: Aziza Baxılıb: 52 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...