Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınlar diqqət: limonla gözəlləşin..

Limon ilə sağlam və qüsursuz bir cildə sahib olmaq istəyirsiniz? O halda bu yazını oxuyun.

Limon canlı rəngləri ilə təbii məhsuldur, ucuzdur. Limon suyu antiseptik olması ilə yanaşı müalicəvi və təravətləndiricidir. Düzgün məhsullarla qarışdırıldığında gündəlik qulluq üçün idealdır.Sun.Az limonla hazırlaya biləcəyiniz maskalar təqdim edir.

Qatıq limon pilinqi: 1 qaşıq limon suyu , 4 qaşıq qatıq və 1 qaşıq balı qarışdırın. 10 dəqiqə üzünüzdə saxlayıb ilıq suyla yuyun.

Bal limon üz təmizləyicisi: 2 xörək qaşığı bal, 1 xörək qaşığı qara şəkər tozu və limon suyu. Hamısını qarışdırıb qarışımın dörddə biri ilə dərinizi ovun, sonra 5 dəqiqə üzünüzdə saxlayın. Sonra ilıq suyla yuyun. Qalan qarışımı da 3-4 gündən çox saxlamayın.

Limon şəkər tozu ayaq qulluq vasitəsi: Yarım stəkan qara şəkər tozu, 2 xörək qaşığı zeytun yağı və təzə sıxılmış limon suyunu qarışdırıb bununla ayaqlarınıza masaj edin. Duruladıqdan sonra nəmləndirici krem sürtün. Bu qarışım dirsəkləriniz üçün də yararlı olacaq.


Tarix: 24.11.2014 / 16:24 Müəllif: Aziza Baxılıb: 37 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...