Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mövsümlərə görə saç baxımı!

Sağlam saçlar üçün mövsümlərə görə baxım etməniz lazım olduğunu bilirdinizmi?

Payız: Tətil sonrasında günəşin saçlarınıza verdiyi zərəri görməməzlikdən gələ bilməzsiniz. Ən diqqətə çarpan olanı nəm itkisindən meydana gələn quruluqdur. Bunun üçün əlavə nəm verən baxım vasitələrdən əlavə boyalı saçlar üçün də saçlarınızın rəngini təzələyən saç boyası və yeni bir saç modeli idealdır.

Qış: İlin bu ən soyuq mövsümü özü kəpəklənmə, qaşıntı kimi problemləri də gətirir. Isti qızdırıcı istiliyi və çölün soyuq iqlimi saçlarda elektriklənməyə səbəb olan gərginliyin səbəblərindəndir. Bu "uçuşan saç" problemi nəmləndirici saç spreyləri, şampunlarla qarşısı alına bilər. Əgər saç dərisinin quruluğundan şikayətçisinizsə markaların xüsusi saç toniklərin ya da saç dərisi nəmləndirici ilə probleminiz həll ola bilər.

Yaz: Soyuq qış günləri havalar istiləşməyə başlasa belə iz buraxmadan ortadan itmir. Qızdırıcının qurutduğu ya da şapkaların altında gizlədiyimiz saçlarımız və saç dərimiz yazla birlikdə xüsusi bir baxım istəyir. Baxım proqramında isə xüsusilə quru saç dərisi üçün tətbiq olunan baxım müalicələri önə çıxır.
Yay: Çox istilik saçlar üçün təhlükəlidir. Saç tellərinin qurumasına və incəlməsinə səbəb olar. Yaz mövsümünün "yaraladığı" saçların təcili baxımı ancaq günəşdən zərər görmüş saçlara köhnə canlılığını qazandıran xüsusi saç qidalandırıcı vasitələr ilə mümkündür. Bu vəziyyətdə mütləq istifadə edilməsi lazım olan baxımlar arasında UV qorumalı olan məhsullar ön sıradadır. Saç rənginin təzələnməsi də yenə qidalandırıcı boyalarla reallaşdırılmalıdır. Bunun üçün ən doğru məlumatı sizə yenə bərbəriniz verəcəkdir.


Tarix: 22.11.2014 / 13:51 Müəllif: Aziza Baxılıb: 45 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...