Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hansı dəri tipi daha tez qocalır?

Gözəl görünmək bütün xanımların əbədi və əzəli arzusudur. Qadınlar bundan çox böyük zövq alırlar. Qadın gözəl görünürsə, onun əhvalı da yaxşı olur. Bu isə öz növbəsində əsəb sisteminə və ümumilikdə orqanizmə yaxşı təsir göstərir. Mükəmməl görünüş həm də özünə inam hissi yaradır ki, bu da insanlarla ünsiyyətdə çox vacibdir. Təcrübə göstərir ki, qadın istənilən yaş dövründə gözəl görünə bilər, əlbəttə ki, özünə hərtərəfli qulluq etməyi bacarırsa.

Üz dərisinə necə qulluq göstərmək lazımdır?

Üz dərisinə kompleks qayğı tələb olunur. Çünki dəri daim ətraf mühit və temperatur dəyişmələrinin təsirinə məruz qalır. Yaya aylarında dəri Günəş şüası, isti külək və toz, qışda isə soyuq külək, şaxta və yağışın mənfi təsirinə müqavimət göstərməli olur.

Yağlı dəridə adətən iri məsamələr, burun ətrafı çənə hissələrində isə qara nöqtələr yaranır. Bu yağ vəzilərinin kanallarının tutulması nəticəsində baş verir. Yağlı dəriyə toz və çirk asanlıqla hopur, bununla belə, o, uzun müddət öz hamarlığını və elastikliyini qoruyub saxlayır. Digər dəri tiplərindən fərqli olaraq yağlı dəri gec qırışır. Lakin yağlı dəriləri qurutmaq üçün həddindən artıq makiyaj etmək və üzü spirtli lasyonlarla silmək üzün dərisinin əleyhinə işləyir.

Normal dəri tipinə çox nadir hallarda rast gəlmək olur. Belə dəriyə əsaslı qulluq etmək lazım deyil, sadəcə onu qoruyub saxlamağı bacarmaq lazımdır. Normal dəri təravətli, hamar, elastik olur, üzərində iri məsamələr və parıltılı ləkələr əmələ gəlmir, qabıq vermir. Amma yaş ötdükcə normal dəri qurumağa başlayır və qayğıya ehtiyac duyur.

Qarışıq dəri tipinə müxtəlif dəri tiplərinin kombinasiyası səciyyəvidir. Belə dəriyə malik qadınlarda alın, burun və çənə hissələri yağlı və parıltılı, yanaqlar isə quru və dartılmış olur. Bu ən geniş yayılmış dəri tipidir.

Quru dəri adətən, nazik və solğun olur. Belə dəri qabıq verir və tez qırışır. Belə dəri gənc yaşda çox gözəl olur. Zərif, hamar, xırda məsaməli. Amma yaş keçdikcə çox tez qırışlar əmələ gəlməyə başlayır. Quru dəriyə qayğı göstərmək üçün müxtəlif bitkilər əsasında hazırlanan nəmləndirici kremlərdən və digər vasitələrdən istifadə etmək məsləhətdir.

Yaşlı dəri yaş keçdikcə solğunlaşır, öz təravətini itirir. Gözlərin ətrafında incə, alın, gicgah, boyun və burun-dodaq nahiyələrdə isə dərin qırışlar əmələ gəlir. Yaşlı dəri tiplərinə uyğun nəmləndirici kremlərdən istifadə etmək tövsiyə olunur.


Tarix: 22.11.2014 / 13:49 Müəllif: Aziza Baxılıb: 112 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...