beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İsti su ilə qocalmış dərinizi canlandırın, bu kapsulaları evdə hazırlayın

İsti su ilə qocaltdığınız dərinizi limon və buzla donduraraq gözəlləşdirə bilərsiniz.

Üzünüzü isti su ilə yuyursunuzsa, qırışmasının qarşısını ala bilməzsiniz. Çimərkən belə isti suyun üzünüzə dəyməməsinə çalışın. Bundan əlavə, dəriyə müsbət təsir edən ərzaqları donduraraq üzə qoymaq cavanlığınızı uzun müddət saxlamağa kömək edər.

Evdə hazırlaya biləcəyiniz kapsulalar

Yarım litr qazlı su ilə bir qədər limon suyunu buz qəlibinə töküb, dondurun. Hər gün bir kapsulanı üzünüzdə gəzdirin.

Eynilə 0,5 litr yağlı südü bir desert qaşığı badam yağı ilə qarışdırıb buz qabına qoyun, hər gün səhər və axşam bir kapsulanı üzünüzə çəkin.

Yaxud, bir tutum təzə vəzəri, bir xörək qaşığı küncüt yağı və bir butulka qazlı suyu blendrdan keçirin. Qarışımı buz qəlibinə töküb, dondurun.


Tarix: 22.11.2014 / 13:48 Müəllif: Aziza Baxılıb: 53 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri