Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çox yatın, arıq olun

Heç bir iş görmədən arıq qalmaq mümkündürmü? Bəli! Mütəxəssislərin fikrincə, kifayət qədər yatmaq orqanizmdə çəki artımının qarşısını alır. Tədqiqatçılar belə bir nəticə çıxarıblar ki, yuxusuzluq iştahanı artırır, bu da piylənməyə səbəb ola bilər. Kaliforniyanın Stenford Universitetində aparılan müşahidələr, az yatan insanların çəkilərinin çox olduğunu göstərib. Nə üçün? Qısamüddətli yuxu iştahanı artıran qrelin və leptin hormonlarını oyadır və sən daha çox qida qəbul etməyə məcbur olursan. Yuxu zamanı orqanizm maddələr mübadiləsi və bir sıra hormonal dəyişikliklərdən keçir, kifayət qədər yuxu almadıqda isə bu proses pozulur. İndi isə get yat - bədənin sənə minnətdar olacaq.

Süstlüyə yox de!

Süstlükdən əzab çəkməməyin ən yaxşı yolu hansıdır? İçki içməmək. Bəs ikinci ən yaxşı üsul? "Qeyri-sağlam həyatda sağlam bələdçi" kitabının müəllifi Devid Kleytonun təqdim etdiyi üsulları bir-bir yadda saxlamaq.
Qonaqlığa getməzdən əvvəl... İki stəkan su iç. Süstlüyün əsas səbəblərindən biri orqanizmdə susuzlaşmadır. Ona gürə də əvvəlcədən bədənini ona lazım olan maye ilə doldur. Qida qəbul et. Qonaqlıqdan əvvəl qəbul etdiyin qida mədəndə uzun müddət qalacaq və alkoqolu canına çəkməyə imkan verməyəcək.

İçən zaman... Yüngül alkoqola müraciət et. Tünd içkilərin (brendi və ya viski) tərkibində daha çox toksin olur. Bu da növbəti gün başağrısına və ürəkbulanmasına gətrib çıxarır. Red Bul kim kofein qarışıqlarından çəkin. Kofein bədəndə susuzluğu daha da artıra bilər.

Evə qayıdanda... Özünlə qəlyanaltı götür. Karbohidrat və tərəvəzlə zəngin olan qidalar qanda şəkərin aşağı düşməsinin qarşısını alır.


Tarix: 30.12.2012 / 12:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 372 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...