Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Göz makiyajı, gözlərinizi rəngləndirin

Makiyajın ən əhəmiyyətli detallarından biri olan far rəngini seçərkən diqqətli davranmalısınız.

Mavi gözlülər
Gözlərinin təbii gözəlliyini ortaya çıxarmaq üçün, mavinin qarşısında olan, yəni narıncı ailəsindən bir ton seçin. “The Color Answer Book” kitabının yazıçısı Leatrice Eiseman “Torpaq rənglərindən ibarət olan narıncılar qrupu, şokolad qəhvəsi və bejlərin yanında, narınci rəngi daha canlı tonları da təşkil edir” deyir. Modeldəki efekti əldə etmək istəyirsinizsə, qəhvəyi qələmlə gözlərinin alt və üst kənarlarını çəkərək, göz şəklini nəzərə çarpdırın. Far üçün mərcan tonlarını seçin. Faranı göz qapaqlarınıza bir neçə qat tətbiq edin və dərinlik vermək üçün, xüsusilə göz xəttində faranı daha diqqətə çarpacaq olaraq sürtün. Gözlərinizi parlaq etmək istəyirsinizsə, badımcana çalan qəhvəyini seçə bilərsiniz. Eyni zamanda hisə verilmiş rəng də mavi gözləri buğlu göstərir.

Yaşıl gözlülər
“Gözləriniz yaşıldırsa, baxışlarınızı itiləşdirmək üçün, yaşılın qarşısında olan, qırmızı palitrasından bir rəng seçə bilərsiniz. Çəhrayılar və isti lavanta tonları gözlərinə ən yaxşı gedən rənglərdir” Qata Hudsonun makiyaj ustası Paul Starr deyir. Qırmızı ailəsindən rəng seçərkən, gözlərinizdən daha canlı rənglərdən qaçının, yoxsa gözlərinizi ön plana çıxarmaq yerinə, tam tərsinə onların solğun qalmasına səbəb olacaqsınız. Starrdan bir təklif daha: “Qara likit qələm istifadə etsəniz, uçuq tondakı fara ilə son dərəcə seksual bir kontrast əldə edərsiniz.” Bundan başqa açıq sarıya çalan mis tonlarını çox incə bir şəkildə istifadə etsəniz maraqlı bir makiyaj təmin edə bilərsiniz.

Qəhvəyi gözlülər
Qəhvəyi gözlərinin adi olduğunu əsla düşünməyin. Lazım olan tək şey, mavi rəng istifadə edərək, onları ön plana çıxarmaq. Qəhvəyinin kontrastı olan mavi, gözlərinizi son dərəcə cazibədar göstərəcək. “Zəngin bir kobalt, parlaq bir göy mavisi və ya uçuq bir körpə mavisi istifadə edə bilərsiniz.” Janet Jackson və Jennifer Annistonun makiyajçısı BJ Gillian deyir. İşıltılı bir mavi seçirsinizsə, daha dramatik bir effekt üçün, gözünüzün alt tərəfini tünd bir mavi qələmlə çəkərək, qələmin üzərinə açıq rəngdəki farı sürtün. Ancaq daha təbii bir baxış əldə etmək istəyirsinizsə, təbii və qəhvəyi tonlar da istifadə edə bilərsiniz.

Boz-mavi gözlər
Göz qapaqlarında əsgər yaşılı far istifadə edilə bilər. Əsgər yaşılı bu rəng gözləri daha çox önə çıxarar, çox təbii görsənər.

Mavi-yaşıl gözlər
Gecə mavisi bu göz rəngini daha çox vurğular. Tək gecə mavisini transparan şəklində istifadə etməni seçin, yəni şişirtməyə qaçmayın, yüngül sürtməyə çalışın.

Boz gözlər
Cins mavisi boz gözləri ön plana çıxarar. Amma bu göz rəngi üçün inci ağı ya da opal rəngi də son zamanlarda çox çox seçilir.

Boz-yaşıl gözlər
Gül qurusu boz və yaşıl qarışığı gözlər üçün idealdır amma gözün üstünü də qara bir eye liner ilə diqqətə çarpdırın. Bundan başqa gümüş ya da azar rənglərini ayrı-ayrı ya da kombine edərək istifadə etmək də çox bəyənilir.

Ala gözlər
Qəhvəyi tonları bu göz rəngini diqqətə çarpdırar. Tək qəhvəyi tonlarını göz qapağı və qaş kənarına doğru fərqli tonlarda istifadə etmək daha doğru olar.


Tarix: 26.12.2012 / 19:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 406 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...