Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əllərə qulluğun 10 qaydası

Əllər xüsusi qulluğa möhtacdırlar. Belə ki əlinizin dərisi 4-5 dəfə digərlərindən daha az nəmlidir. Həmçinin əliniz daim işləkdir, bu səbəbdən onlara qulluq vacibdir.
Əllərinizi düzgün yuyun
Əlinizi yalnız otaq temperaturalı su ilə yuyun. Soyuq su dərini qurudur, çatladır, qızartı verir, qaynar su isə yağsızlaşdırır.
Əllərinizi təmiz qurudun
Bir çoxları əllərini yuduqdan sonra təmiz qurutmur. Bu mütləqdir, əllərdə çatlar əmələ gələ bilər.
Düzgün sabun seçin
Əllərinizi yumuşaq sabunlarla yuyun, ən mükəmməli maye sabundur, dərini qurutmur.
Pilinq edin
Ev şəraitində bunu adi üz üçün olan skrablar ilə edə bilərsiniz. Bu proseduru yaxşı olar ki, vanna qəbul edəndə həyata keçirəsiniz.
Ev işlərini rezin əlcəklərdə görün
Kimyəvi maddələr dərinizin strukturunu dağıtmaq gücünə malikdirlər.
Əlcək yoxdusa qoruyucu kremlərdən istifadə edin
”Əlcəklə iş görə bilmərəm” deyən xanımlar bu kremlərdən istifadə etsinlər. Lakin əlcək ən mükəmməldir bu halda.
Daimi nəmləndirici kremlərdən istifadə edin
İdeal olardı ki, əllərinizi hər su ilə təmasdan sonra kremlə nəmləndirəsiniz. Lakin minimum gündə bir dəfə kremdən istifadə etməlisiniz. Bunu etməsəniz dərinizdə xırda qırışlar yaranacaq, çatlar əmələ gələcək, ləkələr ola bilir.
Əllərinizi masaj edin
Bu qan dövranını yaxşılardıracaq, limfalara xeyirlidir, gərginliyi aradan qaldıracaq.
Həftədə bir dəfə əllərinizə maska qoyun
Bu maskalar əllərinizin dərisini nəmləndirəcək və qidalandıracaq, onlar daha hamar və cavan görünəcəklər. Hazır maskalardan da istifadə edə bilərsiniz. Ən sadə maska əl kremindəndir. Belə ki kremi qalın layla dərinizə sürtün və 10-15 dəqiqə gözlədikdən sonra kağız dəsmal ilə silin.
Əlləriniz üçün gimnastik hərəkətlər edin
Bu bildiyimiz əllər üçün gimnastikadan ibarətdir. Bu əlinizin həmişə eyni vəziyyətdə qalmasından yarana biləcək problemlərdən xilas edəcək.

Əlləriniz üçün vannalar
2 litr isti ilıq suya 2 xörək qaşığı bitki yağı, 1 çay qaşığı naşatır spirti, 1 xörək qaşığı qliserin. Prosedur 15-30 dəqiqə olaraq, 10-15 gün ardıcıl aparılmalıdır.
Qabığvermənin qarşısını almaq üçün
Kələm şorabasının suyunu və südü qarışdırın, prosedur 10-156 dəqiqə davam etməlidir.
Çat və mozola qarşı
1 xörək qaşığı kraxmal və 1 litr su. Qarışımı 15 dəqiqə əlinizdə saxlayın.
Tərləməyə qarşı
1 çay qaşığı dəniz duzunu 1 litr ilıq suda həll edin. Prosedur 10-15 dəqiqə olmaqla, 10-15 gün ardıcıl davam etdirilməlidir.
Nəmləndirici
1 litr isti suya 1 xörək qaşı müxtəlif otlardan qatın. Prosedur 10-30 dəqiqə davam etdirilməlidir.

Maskalar
3 xörək qaşığı yulaf unu, 1 xörək qaşığı zeytun yağı, 1 çay qaşığı bal. Qarışımı əlinizin üstünə sürtün. Effektin artırılması üçün neylon əlcəklərdən də istifadə edə bilərsiniz.
1 yumurta sarısı, 1 xörək qaşığı bitki yağı, 1 çay qaşığı bal. Maska 15-20 dəqiqədən sonra yuyulmalıdır.
2-3 kartofu bişirib, süd ilə püre halına gətirmək. Alınmış püreni əlinizdə soyuyana qədər saxlayın.


Tarix: 25.12.2012 / 20:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 401 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...