Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saçlarımızı günəşdən qoruyaq

Bildiyimiz kimi yay mövsümü saçlarımız üçün ən əlverişsiz mövsümlərdən biridir. Bəs bu mövsümdə saçlarımızınn gözəlliyini necə qoruyaq.

1. Yayda kondisioner, dəniz suyu, aktiv günəş saçlara elə bir ziyan vururlar ki, sonradan onların öz normal vəziyyətlərinə gəlməyi üçün uzun müddət vaxt sərf olunur. Misal üçün- qızmar günəş və duzlu su saçların strukturunu dağıdır və onları həddindən artıq qurudur. Məhz buna görə çalışın heç nəyə məhəl qoymadan küçəyə çıxarkən başınıza xüsusi panama qoymağı unutmayın

2. Saçlarınıza qulluq vasitələrini seçərkən ultra bənövşəyi şüalardan qoruyan tərkibli vasitələrdən istifadə edin
Hər zaman saçlarınıza işlətdiyiniz vasitələrin tərkibinə diqqət yetirin, belə ki, əgər onların tərkibinə - şi, palıd ağacı qabığının cövhəri yağı, badam yağı daxil olarsa o zaman bu sizin saçlarınız üçün çox faydalı olar. Bacardığınız qədər yay mövsümündə kimyəvi saç buruqlarından, düzləşdiricisindən uzaq durun və mümkün qədər onları gec-gec rəngləyin

3. Saçlarınızı yuyan vaxtı başınızı aşağı salın, bunu etməklə siz başda qan dövranını gücləndirəcəksiniz və əlbəttə ki bu da saçlarınıza əlverişli təsir edəcək.

4. Saçları fenlə və ya günəşdə qurutmayın, çimərliyə daxil olan zaman saçlarınızı hörərək mütləq yığın. Əgər yaş saçları darayırsınızsa əlbəttə ki onlar dolaşacaq və çalışın bu zaman onları parçalamayın. Onları uclardan başlayaraq tədricən, yavaş-yavaş, yuxarıya doğru daramağa başlayın

5. Yay aylarında kondisionerlərdən və maskalardan mütləq istifadə edin. Bu sizdə vərdiş halını almalıdır. Bir şampun ola bilər ki saçlarınız üçün kifayət etməyən tərkibə malikdir, bu üzdən yumadan əvvəl və yaxud da sonra saç maskalarından istifadə etməyi unutmayın. Bu həm də sizin yumşalmış saç dibinizi bərkitməyə kömək edəcək
Bundan başqa tərkibində C, B, E, A vitaminləri olan buğda, ipək proteini, pantenol, karotinli saç maskalarından istifadə edin


Tarix: 06.07.2013 / 12:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 132 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...