Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəri baxımı 11 yaşında başlayır

Gənc yaşda dəri baxımına başlanması, keyfiyyətli və gözəl bir dəriyə sahib olmanın reseptidir... Baxıma 11 yaşından etibarən başlanması gərəklidir.
Ancaq ekspertlər, dəri baxımının qətiliklə bir ekspert həkim ilə görüşülərək edilməsi lazım olduğunu xüsusilə vurğulayırlar.
Kosmetik məhsullarının səhv istifadə edilməsi, pis nəticələr doğura bilər. Məsələn həssas bir dəriyə sahib olan bir adamın, həssas olmayan dərilərə xas kosmetik məhsulları istifadə etməsi dəridə narahatlıqlara yol aça bilər.
Hər yaşda dəri baxımının özünə xas yolları var.
Nələr etməli?
Kosmetik məhsullar, qətiliklə ekspertlərlə görüşülərək istifadə edilməlidir.
Yetkinliyin başladığı 11 yaşında dəri baxımına da başlanması lazımdır. Bu dövr, yaşanan hormonal dəyişikliklər səbəbiylə sızanaqların da başlanğıc dövrüdür və ekspert həkim idarəsində nizamlı bir dəri baxımı ilə problemsizcə sovuşdurula bilər.
Dəri baxımı, yalnız səthi olaraq edilməməlidir.
Adamın yediklərinə və içdiklərinə də diqqət yetirməsi lazımdır. Turşulu içkilər, yağlı və fast food yeməklər, quru bişirillmiş, ketçup, mayonez, kartof qızartmasının həddindən artıq yeyilməsi və bol su içilməsi vərdişi uşaqlara erkən yaşda qazandırılmalıdır. Gənc yaşda dəri baxımına başlanması, keyfiyyətli və gözəl bir dəriyə sahib olmanın reseptidir.
Günəş kremi yalnız yazın çimərlikdə istifadə edilən bir məhsul deyil.
Günəş kremi, ləkəli və sızanaqlı dəriləri günəş ləkələnmələrinə qarşı sanki bir qalxan kimi qoruyar və hər fəsil istifadə edilməlidir. Günəş kremi alarkən diqqət yetirilməsi lazım olan, istifadə edildiyi fəsilə uyğun və son istifadə etmə tarixinin keçməmiş olmasıdır.
Ev baxımının gündəlik edilməsi lazımdır. Səhər və axşam üzün yuyulması və gündəlik nəmləndirici istifadə etmək şərtdir. Hər kəs, özünə uyğun kremi doktor idarəsində almalı və istifadə etməlidir.


Tarix: 04.07.2013 / 20:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 88 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...