beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sağlam, daha parlaq qalın, sürətli uzanan saçlara sahib olmağı hamımız istəyirik. Möhtəşəm saçlara s

İsti soyuq hava dəyişmələri, vitamin əskikliyi, qeyri-kafi baxım, keyfiyyətsiz kosmetik məhsul istifadəsi kimi səbəblərlə bağlı olaraq dodaqlar çatlayar. Dodaqlarınızı nəmləndirmək, hamar görünməsini təmin etmək üçün tədbirlər ala bilərsiniz.
Su için!
Həm bədən, həm də dəri sağlamlığı üçün gündə təxminən 2 Litr su içməli olduğumuzu bilirik, amma ümumiyyətlə içmirik. Yetərli miqdarda su içilmədiyində dəridə quruluq səbəbindən dodaqlarda çatlama olur. Özünüzə bir yaxşılıq edin və dərhal indi böyük bir stəkan su için.
Vitamin qəbul edin!
Vitamin əskikliyi müxtəlif yollarla özünü bəlli edir. B vitamini əskikliyi olan insanlarda dodaq çatlamasına sıx rastlanır. İstəsəniz kapsula yoluyla, istəsəniz yeməklərdən təbii yolla B vitamini qəbul edərək dodaq çatlamasını önləyə bilərsiniz.
Nəmləndirin!
Quruyan dodaq səthi çatlayır. Özünü yeniləməsi və yığışması üçün nəmləndirilməyə ehtiyacı var. Aşağıdakı bitki mənşəli müalicəni sınayaraq dodaq çatlamasına həll tapa bilərsiniz. Həftədə 2 dəfə sınamağınız yetərli olacaq.
Dodaq çatlamasına təbii müalicə
Dodaq çatlamasına xüsusi kürdə olan bal; hüceyrələrin yenilənməsini təmin edir. Şəkər tozu ölü hüceyrələrin təmizlənməsinə köməkçi olur. Zeytunyağı ehtiva etdiyi E vitami ilə dəridə və saçda olduğu kimi dodaqlarda da sıx nəmləndirmə edir.
Lazım olanlar :
* 1 qaşıq bal
* 1 çay qaşığı şəkər tozu
* Yarım çay qaşığı zeytunyağı
Hazırlanması və tətbiqi :
1. Bal və şəkər tozunu qarışdırın.
2. Qarışığı dodaqlarınıza 3 dəqiqə boyunca masaj edərək sürtün.
3. İlıq su ilə durulayıb qurulayın.
4. Pambıqla zeytun yağını dodaqlarınıza sürtün.
5. 10 dəqiqə gözləyin.
6. Dəri növünüzə uyğun bir məhsulla yuyub durulayın.


Tarix: 03.07.2013 / 21:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 157 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri