Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əlləri quruyanlar üçün xüsusi təkliflər

Qış aylarının yaşatdığı soyuq havalar, kondisionerlər və zərərli kimyəvilər kimi faktorlardan ötəri quruyan və sağlamlığını itirən əllərinizi, doğru tövsiyələr ilə köhnə halına döndərə bilir və bu sayədə daha sağlam və yumşaq əllərə sahib ola bilərsiniz.
Əl kremi çəkin!
Quruyan əllərin ən böyük köməkçilərindən biri əl kremləridir.Mağazalarda hər büdcəyə və dəri tipinə uyğun yüzlərlə əl kremi tapa bilərsiniz. Nəmləndirmə xüsusiyyəti yüksək olanları seçmək təbii ki, ən məntiqlisi…
Dəri yüngül yaşkən nəmləndiricini daha yaxşı əmər. Buna görə əllərinizi yuduqdan dərhal sonra əl kremi istifadə etmənizi tövsiyə edərik. Əgər davamlı ventilyasiyası təbii olmayan bir mühitdəsənsinizsə, məsələn iş yerləri kimi, mühitdəki quru havadan təsirlənməməsi üçün davamlı əl kremi istifadə etməniz şərt!
Nəmləndirici xüsusiyyətli sabun istifadə edin!
Əllərinizi sıx yumaq, onları qurutmanıza səbəb ola bilər. Bunu önləmək üçün, istifadə etdiyiniz sabunun nəmləndirici xüsusiyyətli olmasına diqqət yetirin. Kimyəvi maddələrin istifadə edildiyi sabunlar yerinə təbii sabunları seçin.
İlıq su seçin!
Əllərinizi ilıq suyla yuyun. İsti su, dərinin üzərində qalması lazım olan təbii yağlayara da təsir edəcək və əllərinizin qurumasına səbəb olacaq.
Ayrıca gərəyindən çox suyla təmas da əlləri qurudan bir səbəb olduğundan əllərini çox sıx yumamağa diqqət edin.
Bol- bol su qəbul edin!
Su qəbuunuz həm sağlamlığınız həm də dəriniz üçün çox əhəmiyyətli bir faktor! Bol- bol su istehlak etməniz lazım olduğunu söyləməkdən bezmədik, bezməyəcəyik. Əgər gün içində heç su içə bilməməkdən şikayətçisinizsə, gözünüzün önünə bir şüşə su qoyun. Beləcə hər gördüyünüzdə ağılınıza gələcəkdir. Nizamlı su içməyə başladıqdan sonra əllərinizdəki dəyişməni dərhal fərq edəcəksiniz.
Əlcək geyin!
Əlləriniz ev işləri edərkən davamlı suyla təmas halındadırsa, plastik əlcək geymənizi təklif edərik. Həm su həm də kimyəvilər ehtiva edən yuyucular əllərinizə zərər verəcəyindən, bir cüt əlcək həyat qurtarıcı olacaq.


Tarix: 30.06.2013 / 13:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 74 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...