Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəri tipinizi bilirsinizmi?

Dəri təmizliyi fərdi baxımın vazgeçilməzi. Yaxşı amma dəri tipinizi bilirsinizmi?
Gözəl və baxımlı bir qadın, dəri baxımına çox diqqət yetirər. Bunun üçün də əvvəlcə dəri tipini bilməsi lazımdır. Baxaq sizin dəriniz hansı tipə uyğun.
Üzünüzü neytral bir sabunla yuyun, təmiz bir dəsmalla suyunu alın və heç bir şey sürmədən yarım saat qədər gözləyin. Dərinizdə gərilmələr başladısa dəriniz quru, qızarıqlıqlar meydana gəldisə dəriniz həssas deməkdir. Bu vəziyyətdə professional dəri baxım məhsullarından faydalanaraq, canlı və enerji dolu bir dəriyə sahib ola bilərsiniz.
Bu iki vəziyyətdə müşahidə edilmirsə yumşaq bir kağız salfet alın və üzün hər yerinə tətbiq edə biləcəyiniz şəkildə basdırın. Daha sonra gün işığını yaxşı ala biləcəyiniz bir yerə gedin və kağız salfeti gün işığında araşdırın. Əgər salfetin hər yerində yağlanılma olmuşsa dəriniz yağlı, yalnız T bölgəsində yəni alın, burun və çənə bölgənizdə yağlanılma varsa dəri tipiniz qarışıq deməkdir.


Tarix: 29.06.2013 / 13:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 84 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...