Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözəllik Ondur...Qırmızı Dondur :)

Atalar yaxşı deyib: "Gözəllik ondur,doqquzu dondur". Amma bizim zərif cinsin nümayəndələrinə baxanda fikirləşirsən ki, "Gözəllik ondur,doqquzu zövqdür”, hansını ki azəri qadinları haqqında demək olmaz. Zövq mənasında bizimkilər sözün əsl mənasında "axsayırlar". İndi yəqin etiraz edən olacaq ki, yox, ay bizim gözəl qızlarımız, ay xanım –xatın qadınlarımız. Düz deyirsiniz, bunlar hamısı bizdə var, amma zövq yox dərəcəsindədir. Hec ziyafətə, qonaqlığa gedən xanımları görmüsünüz? Ən əvvəl zinyət əşyalarından danışaq. Elə bil ki bir-biriləri ilə bəhsə giriblər: kim cox taxdı. Boyunbağı, qolbağ, saat, hələ üzükləri demirəm-bütün barmaqlarına taxırlar. Sanki dünyanın axırıdır. Adamda belə təəssürat yaranır ki, zərgərlik mağazasaina girmisən. Geyimlərsə başqa aləmdir ee. Hansı don gəldi geyinirlər, üstündə də o qədər zər, muncuq, qaş olur ki... Düzdür, zövqlə geyinənlər də olur. Heyf ki, onlar barmaqla sayılacaq qədər azdır. Lakin zovqsüzlər üstünlük təşkil edir.


Bizdə bəzən gündəlik geyimlə ziyafət geyimini səhv salırlar. İşə elə geyinib gedirlər ki, elə bil toya gedirlər. Kosmetikadan da o qədər istifadə edirlər ki, ifrat dərəcəsində... Gecə makiyajı ilə gundəlik makiyaj arasında fərq olmalidir axı. Gundəlik makiyaj hissedilməz dərəcədə olmalıdır, sadəcə üzü təravətləndirməlidir. Bililirsiniz, bəzən bizim qadınlar belə fikirləşir ki, geyim nə qədər baha olsa, o qədər dəbli, nüfuzlu görünürsən. Yalniş fikirdir. Sizə qadın göstərə bilərəm ki, çox da baha olmayan geyimləri elə zövqlə geyir ki, adama sözün əsl mənasında ləzzət edir.


Tarix: 28.06.2013 / 19:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 85 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...