beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözaltı kölgələr qansızlıq, dəmir əkshikliyi və qaraciyər xəstəliklərinin əlaməti ola bilər. Kölgələ

"Ekspress" qəzeti yazır ki, müasir zamanın imkanları qadınlar üçün süni üsullarla gözəlləşmək imkanı yaradır. Lakin bu süni üsullar heç də həmişə fəsadsız ötüşmür. İlk baxışdan zərərsiz görünən saç qaynağı da sağlamlıq üçün ziyandır.

Bakı sakini Günel Qafarovanın sözlərinə görə, qaynaq zamanı ölü saçların istifadəsindən şübhələnir. "Saç qaynağından sonra başımda güclü ağrılar olurdu. Gecə çox narahat yatmağa, qorxulu yuxular görməyə başladım. Əvvəlcə bütün bunların qaynağa görə olması ağlıma gəlmirdi. Belə ki, saçım çox təbii və sağlam görünürdü. Lakin saçımı yuduqca qaynaq olunan tellərin rəngi solmağa başladı. Saç ustasına müraciət etsəm də o, bunu saçın təbii olması ilə əlaqələndirdi. Saçın rəngi tam yuyulduqdan sonra onların ağarmış saç olduğu məlum oldu. Bu mənə çox pis təsir etdi. Ümüd edirəm ki, saçıma bərkidilən həmin tellər ölü adamın deyil, sadəcə, yaşlı qadının saçları idi. Saçları çıxartdıqdan sonra baş ağrıları, qorxulu yuxular da keçdi. Bu hadisədən sonra saçın süni uzadılmasından imtina etdim".

24 yaşlı Ülviyyə Ağayeva isə saç qaynağından sonra saçının tökülməsindən şikayətlənir. "Qaynaqdan sonra saçım 1 aya yaxın gözəl görünürdü. Sonradan saçımla bağlı problemlər yarandı. O tökülməyə və seyrəlməyə başladı".

Saç ustası Lalə Rzayevanın sözlərinə görə, qaynaq zamanı keyfiyyətsiz materialdan istifadə, saç ustasının təcrübəsizliyi, qaynaq olunan saça düzgün qulluğun olmaması müxtəlif fəsadlar yarada bilər. "Saç qaynağı düzgün edilmədikdə keçəlləşməyə də gətirib çıxarır. Həm də qaynaq təbii saçları daha da nazik edir və saçqıranlar yaradır. Saçların süni uzadılmasından sonra onlar codlaşır. Bu səbəbdən də seyrək, nazik saçları olan xanımlara qaynaqdan istifadə etmək məsləhət deyil. Yaxşı olar ki, saçlarında problemləri olanlar müalicədən sonra saçların süni şəkildə uzatsınlar".

L.Rzayeva qeyd edir ki, saç qaynağı zamanı adamın yaşı və sağlamlığı da nəzərə alınmalıdır. "Güclü dərmanlar qəbul edən, dərisi həssas olan adamlara qaynaq məsləhət deyil. 17 yaşından aşağı olanlara da qaynaq elətdirmək olmaz. Belə ki, bu yaşa qədər saçlar yetərincə bərkimir".

Onun dediyinə görə, qaynaqdan sonra saç xüsusi qulluq tələb edir. "Qaynaqdan sonra yaş saçla yatmaq məsləhət deyil. Yatmazdan əvvəl saç dolaşmasın deyə onu hörmək və ya səliqə ilə yığmaq lazımdır. Qaynaqdan sonra hər gün saç xüsusi daraqla daranmalıdır", - deyən usta qaynaq olunan saçı yuyarkən də ehtiyatlı olmağa çağırır. "Saçı başı arxaya əyərək yumaq lazımdır. Bu, saçın dolaşmasının qarşısını alacaq. Başı qabağa əydikdə isə qaynaq hissələrə ağırlıq düşür və təbii saça süni saçı saxlamaq çətin olur. Eləcə də saçın birləşdiyi yerlər yaş olduqda zərif olduğundan tez qopur".

Müsahibim qaynaqdan sonra fəsadların qarşısını almaq üçün vaxtı-vaxtında saç ustasının yanına getməyi tövsiyyə edir. "Bəzi saç ustaları müştərilərini aldadaraq belə saçın 5-6 aya qədər qaldığını deyirlər. Əslində isə 2-3 aydan bir təkrar saç ustasının yanına gəlib saçı korrerksiya etmək lazımdır. Çünki bu müddət ərzində saç 3 sm-ə yaxın uzanır. Saç qaynağı zamanı təbii saça süni və ya başqasının saçı bərkidilir. Qaynaq olunan hissə də 3 sm aşağı düşərək həm görünür, həm də saç dolaşmağa başlayır. Eləcə də saçın təbii uzanması zamanı tədricən qaynaq olunan saçın təbii saça təzyiqi çoxalır. Bunun da nəticəsində saç yerindən qopa bilər".


Tarix: 25.06.2013 / 20:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 136 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri