Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Makiyaj texnikası

Əgər üz dərisi son dərəcə təmiz, təravətli, eyni zamanda üz cizgiləri qüsursuz gözəlliyə malikdirsə, o zaman umumiyyətlə kosmetik vasitələrdən kənar durmaq olar. Yox, əgər dəri rəngi solğun, üz cizgiləri həddindən kiçik və ya böyük olarsa, bu halda yardıma kosmetik vasitələr gəlir. Amma kosmetikadan düzgün istifadə etməyin qaydalarını bilmədən istənilən nəticəyə çatmaq mümkünsüz olur. Beləliklə, makiyaj edərkən üz cizgilərinizi nəzərə almağı unutmayın. Əgər gözləriniz yumru və qabarıqdırsa, o zaman açıq rəngli və parlaq göz kölgələrindən istifadə etməyin, əksinə, qəhvə rəngli tonlar, tünd rəngli göz qələmi kosmetik çantanızdan əksik olmasın. Yox, əgər, gözləriniz dərində yerləşirsə, açıq rəngli göz kölgələri tam sizə görədir. Tujdan da maksimum dərəcədə istifadə edə bilərsiniz. Gözləriniz bir-birindən aralı yerləşirsə, üst göz qapağının iç hissəsindən ortasına qədər olan hissəni açıq, göz qapağının kənar hissələrini isə tünd rəngli göz kölgəsi ilə rəngləyin. Açıq və tünd rəngli göz kölgələrinin kəsişdiyi yeri fırça vasitəsilə yayın. Bundan əlavə, gözlərinizi eyeliner vasitəsi ilə haşiyəyə alsanız, gözləriniz arasındakı məsafə vizual olaraq kiçiləcək. Gündəlik makiyajda dodaq boyasının rəngi də açıq olmalıdır. Üz dərisinə çəkiləcək krem dəri, xüsusilə də boğazın rəngi ilə eyni tonda seçilməlidir. Tonal kremlər, ənlik və fluidlər ağardıcı məhsullar deyil, onlardan dəridəki qüsurları görünməz etmək məqsədilə istifadə olunmalıdır.


Tarix: 23.06.2013 / 17:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 93 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...