Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üz dartma estetik əməliyyatı hansı yaşda olar?

Cazibənin təsiri, siqareti çox çəkmək, günəş altında çox qalmaq, həddən artıq çəki alıb-vermək üzdə yaşlanmaya və eyni zamanda üzün zəifləməsinə səbəb olur.
Kənardan baxdıqda insanın üzü sallanmış görünür. Bu sallanma dəri quruluşuna, həyat tərzinə, genetik quruluşa görə də dəyişir. Üz zəifləməsinin ən yaxşı müalicəsi də "üz dartma" əməliyyatıdır.

Üz dartma əməliyyatı üçün ideal yaş varmı?

Günümüzdə üz dartma əməliyyatları 50 yaş və daha yuxarı yaşdakılara deyil, üz zəifləməsi hələ 30 yaşında özünü biruzə verən insanlarda da aparıla bilər.
Üz dartmada təqvimi yaş yoxsa dəri yaşı əsas götürülür?
Üz zəifləməsi zamanı alında sallanma, qaşların sallanması, yanaqların aşağıya doğru sallanması kimi problemlər yaranır. Doldurma, botoks və müxtəlif yollarla aparılan qırış müalicələri dərinin xarici səthindəki problemlərin aradan qalxmasını təmin edir. Thermage əməliyyatı dərinin dartılmasında üstünlüyü təmin etsə də, üz zəifləməsinin həqiqi mənada müalicəsi yalnız üzdartma əməliyyatı ilə təmin edilir. Üz dartmada təqvimi yaşı deyil, dəri yaşı əsas götürülür.
Dəri erkən yaşlanırsa üz dartma əməliyyatı 20-30 il əvvələ çəkilə bilər. Yəni üz zəifləməsindən qurtulmaq üçün 50-60 yaşa qədər gözləmək lazım deyil.

Əməliyyat nə qədər çəkir?

Əməliyyatdan əvvəl zəif ümumi narkoz edilir. Lakin, əsas üzdartma əməliyyatının aparıldığı üz nahiyəsinə lokal narkozu tətbiq edilir. Lokal narkozda da ümumi narkozda olduğu kimi dərmanların dozası az olur. Proses 3 saata yaxın davam edir.
Əməliyyat zamanı nələr edilir?
Əməliyyatda dəri qulağın iç hissəsindən, qulaq arxasından davam edən və tüklü dəriyə qədər uzanan bir xətdə kəsilir. Sonra dəri artıqları kəsilir və kəsilən dəri yerinə tikilir.
Burada üzdəki gərginliyin dərəcəsinin müəyyən edilməsi əməliyyatı aparan cərrahın təcrübə və biliyindən asılıdır. Burun və döş əməliyyatından fərqli olaraq, sizin üzdartma əməliyyatı etdirdiyinizi tanıdıqlarınızdan başqa heç kəs bilməyəcək.

İz qalırmı?
Qulaq içində və arxasındakı izlər çox bilinmir. Saçlı dəridə olan izlər isə saçın altında qalır və bir müddətdən sonra yox olur. Əgər ciddi saç tökülməsi olmazsa ümumiyyətlə görünməz.
Əməliyyatdan sonra xəstələrnələrə diqqət etməlidirlər?
110 günə qədər ani, sərt baş və boyun hərəkətləri etməməlidirlər. Birinci gündən etibarən ilıq su ilə duş qəbul edə bilərlər. Ciddi bir ağrı, sızıntı olmur, şişlik ola bilər amma göyərmə adi bir hal deyil, göyərmə olsa da boynun alt hissəsində ola bilər. Onlar da qısa müddətdə keçir.

İflic riski varmı?

Üzdə aparılan bütün əməliyyatlarda olduğu kimi, burada da üz sinirlərini qorumağa xüsusi diqqət edirik. Çünki, diqqət edilməzsə üz iflici yarana bilər. Lakin, bu vəziyyət cərrahın təcrübəsi və biliyi ilə ən az həddə çatdırılacaq bir riskdir. Hər bir əməliyyatda bu cür risklər ola bilər, bu yalnız üz dartmasına aid deyil.
Üz dartma kişilərdə də aparıla bilərmi?
Üz dartma kişilərdə də aparıla bilər. Lakin, izlər qadınlara nisbətən daha çox bilinir. Kişilərdə saqqalla qulaq arasındakı boşluqdan üzü dartdığınızda, saqqalın qulağa doğru yönəldiyi hissədə izlərin qarşısını alacaq tədbirlər görmək lazımdır.
Üz dartma ilə neçə yaş cavanlaşmaq mümkündür?
Üz zəifliyindən qurtulmaq istəyən insanlar həkimlərinə, əgər 50 yaşdadırlarsa 30 yaşındakı vəziyyətlərinə qovuşmaq istədiklərini deyirlər. Lakin, həqiqət bundan bir qədər fərqlidir.

Əlbəttə, prosedurdan sonra müəyyən qədər geriyə getmək mümkündür. Bu müddət 10-20 il olduğu kimi 5il də ola bilər. Ən əsas da xəstələrə yaşla bağlı söz verməməkdir.


Əməliyyatdan əvvəl xəstələrə nələr qadağan edilir?
Üz dartmada diqqət edilən başqa bir məsələ də, prosedurdanən azı 3 həftə əvvəl siqaretdən uzaq olmaqdır. Çünki, siqaret çəkmək dərinin düzgün qidalanmasına mane olur ki, bu da əməliyyatın uğurlu olmasına mənfi təsir edə bilər. Həmçinin, qanı sulandıran aspirin kimi dərmanların da əməliyyatdan 2-3həftə əvvəl atılması vacib sayılır.
Proseduradan əvvəl dəri qulluğunun yaxşı edilməsi, məsamələrin genişləndirilib havalandırılması əməliyyata müsbət təsir göstərir. Üz zəifliyi düzəldiləndən sonra, incə qırışların izi görünərsə o hissəyə soyucu cərrahi əməliyat, dərin peelingler etmək lazımdır. Bəzən bu əməliyyatlar bir seansa edilə bildiyi kimi, əməliyyatdan 6 həftə sonra da edilə bilər.


Tarix: 23.06.2013 / 16:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 209 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...