Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Görüşə gecikənlərin makiyajı...

Çox az vaxtınız var və evdən elə indi çıxmalısınız. Bu halda makiyajınız necə olacaq? 10 dəqiqədə valehedici makiyajı necə etmək olar sualını düşünürsünüzsə, diqqətlə oxuyun Gözlərə 2 dəqiqə Gözlərinizə çəkəcəyiniz leyner, ya da göz qələmini pambıqla yayaraq axşam üçün dumanlı baxışlara sahib ola bilərsiniz. Bunu hətta avtobusda da edə bilərsiniz. 2 dəqiqədə göz qapaqlarını rəngləndirin Göz kölgələrindən az miqdarda istifadə etməklə gözlərinizi daha cazibədar hala gətirə bilərsiniz. Qaşlarınızı və kipriklərinizi rəngləməyi unutmayın. 2 dəqiqədə parlaq dəri Tonal kremi çəkmək vaxt apara, həm də o dəridə ağır görünə bilər. Bu səbəbdən kirşan istifadə etmək daha məqsədə uyğundur. Rənginizə uyğun kirşan istifadə edin və bütün üzünüzə yayıldığına fikir verin. 2 dəqiqədə yanaqlarınızı rəngləndirin və işıltı verin Angelina Joli kimi cazibədar bir görüntüyə sabih olmaq istəyirsinizsə, parlaq və qırmızı tonlarda olan ənlikdən istifadə edin. Bu üzünüzə xəfif bir qırmızılıq qatacaq. İstəsəniz çəhrayı rəngli dodaq boyası ilə də yanaqlarınızı vurğulaya bilərsiniz. Dodağınıza isə parladıcı vurun. 1 dəqiqədə saçlarınızı yığın Saçlarınızı isladıb arxaya doğru yığa bilərsiniz. Belə hallarda at quyruğu ən idial üsuldur. Kənardan çıxan saçları isə jele vasitəsilə yatırın. 1 dəqiqədə qaşlarınızı dəyişdirin Bu il qalın və diqqət çəkən qaşlar dəbdədir. Buna görə, qaşlarınızı qaş qələmi ilə daha qalın hala gətirin. Saç formasına görə, qaşlarınızı yuxarı doğru daraya bilərsiniz. Makiyajınız hazırdı, görüşə gedə bilərsiniz.


Tarix: 22.06.2013 / 13:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 114 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...