Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dodaqları bal-şəkər

Qadına müxtəlif obrazlar yaratmağa kömək edən pomada dodaqları qidalandırır, nəmləndirir; qoruyur. Aysel pomadanın sağlamlığa başqa faydalarından yazır.



Pomada dodaq dərisini nəmləndirir və hamarlaşdırır. Bunun üçün onun tərkibində amin turşusu, mineral yağlar, A ve E vitaminləri və aloye cövhəri olmalıdır.

Pomada dodaqları günəşdən qoruyur – bu, insan sağlamlığı üçün vacibdir. Hətta tərkibinə, xüsusi filtlər daxil olmasa da, parıltı hissəcikləri günəş şüasını əks etdirir. Əgər dodaq boyası daxili təsirlərə davamlıdırsa, deməli keyfiyyətlidir. Belə pomadanı müxtəlif rənglərlə qarışdıraraq çoxlu çalar əldə edə bilərsiniz.

Əgər dodaqlarınız qabıq verməyə meyllidirsə, həftədə bir dəfə qabığı soyan pomadadan istifadə edin. Onu nəm dodaqlara masaj hərəkətlərilə vurun, sonra ilıq su ilə yuyun. Bu, ölmüş hüceyrələri təmizləyən skrab təsiri göstərir.

Dodaqlarınızı vizual olaraq həcmli göstərmək üçün kənarlarını tünd, ortasını isə açıq rənglə, əksinə, kiçik görünməsini istəyirsinizsə, ortasını tünd, kənarlarını açıq rənglə boyayın. Tünd çalarlar dodaqları daha parlaq göstərir, onu fırça ilə sürtmək lazımdır. Açıq çalarlar isə sərhədi yox edir və həcmli göstərir.

Pomadanın psixoterapevtik effekti yüksəkdir. Belə ki, o sizə cəsarət verə I bilər. Önəmli görüşə hazırlaşırsınızsa, mütləq dodaqlarınızı vurğulayın. Məhz onlar söhbət əsnasında diqqət mərkəzində olacaq. Pomadanı daha qalıcı etməkdən ötrü onun miqdarını artırın. Boyanın çaları həmsöhbətdə müəyyən fikir oyadır.

Mat boya işgüzar söhbət, parıltılı isə nazlı, işvəli atmosfer qurmağa yol açacaq. Ağbəniz xanımlar qum, tünd-qəhvəyi, bənövşəyi boyalardan uzaq durmalıdırlar.

Bal dodaq

Pomadanın dodaqların kənarına və mərkəzinə yığılmaması üçün silikonlu və minimum yağlı, amma tərkibində nəmləndirici komponent olan mat pomadadan istifadə edin. Və ya dodağınıza toz kirşan vurun. Karandaşdan istifadə pomadanın qalıcığından asılıdır, çünki onun funksiyası pomadanı çərçivədə saxlamaqdır.

Gigiyenik pomada sağlamlığa daha çox faydalıdır. Rəngsiz, azacıq parıltılı gigiyenik pomada dodaqlarınızı külək, şaxta və günəşdən qoruyacaq. Tərkibində yağlar, təbii cövhərlər və vitaminlər var.


Tarix: 22.06.2013 / 12:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 121 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...