Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yağışlı günlər üçün 5 praktik makiyaj təklifi

Mövsümün yağışları qayıdarkən, belə günlər üçünbir neçə makiyaj təklifinə nəzər salmaq istəməzsinizmi?


Yağış, mükəmməl makiyajınızı məhv edə bilər. Amma bu bir neçə sadə təklifi ağılınızda saxlasanız, yağışlı günlərdə də cazibədarlığınızı qoruya bilərsiniz.





Rəngli nəmləndirici

Yağışa məruz qaldığınız günlərdə, çətin anlar yaşamamaq üçün suya dayanıqlı tonal krem istifadə etmiş olduğunuzdan əmin olmanız lazımdır. Biz isə belə günlərdə tonal krem yerinə rəngli nəmləndiriciləri seçirik. Həm dərimizə ağırlıq etmir, həm də incə bir qat sürtdüyümüz rəngli nəmlədiriçi belə havalarda uzun müddət dayanıqlı olur.

Suya dayanıqlı tuş

Hamımız bilirik ki yağış söz mövzusu olduğunda suya dayanıqlı tuş şərtdir! Nəticədə yanaqlarınızdan axan qara boyayla gəzmək istəməzsiniz. Yağışın nə vaxt gələcəyi də müəyyən olmur, buna görə tədbir baxımından payızda hər vaxt suya dayanıqlı tuşdan istifadə etmənizi tövsiyə edərik.





Krem ənlik



Bizim üçün bir başqa 'həyat qurtaran' məhsul da krem ənlikdir. Əslində sərin və təzə payız havasında toz ənliklər möcüzə olur. Ancaq yağışlı havalarda daha qalıcı, daha özünü müəyyən edən bir ənliyə ehtiyac duyuruq. Krem ənliklə belə vəziyyətlər üçün necə deyərlər "biçilmiş xalatdir'".

Bağlayıcı

Üzünüzdə bağlamanız lazım olan ləkələr varsa narahat olmayın, bağlayıcınızı rahatlıqla istifadə edə bilərsiniz. Ancaq bağlayıcınızı yalnız ləkəli bölgəyə tətbiqi və doğru rəngi istifadə etməni unutmayın. Yəni məsələn, dərinizdə qırmızı ləkələr varsa, sarı tonlarında bir bağlayıcı seçin.


Tarix: 19.06.2013 / 20:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 66 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...