Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Arıq görünmək üçün nə etməliyik?

Daha arıq görünməyin yolları
1. PALTAR
Rənglər
Tünd rənglərin daha arıq göstərdiyini unutmayın. Rəngləri uyğun olan olan paltarlar seçin. Tək bir rəng geysəniz, daha incə görünərsiniz. Dəbdən düşməyən zənci və “hərbi rənglərdən” istifadə edə bilərsiniz. Tünd rəngləri bədəninizin alt qisiminə geyin, beləliklə daha incə görünərsiniz.
Naxışlar
Geyinəcəyiniz paltarda böyük şəkillər olmamasına diqqət yetirin. Kiçik şəkillər isə sizi daha incə göstərər. Böyük şəkillərdən və həndəsi naxışlardan ibarət olan və yaranan geyimlər geyinməyin. Eninə xəttlər yerinə, boyuna xəttli geyimlər seçin.
Ətək
Ətək boyunun düzgün seçimi çox əhəmiyyətlidir. Ətək boyu sizi gözəl də edə bilər, biyabır da… Ona görə də diqqətli olun. Səhv seçiminiz sizi olduğunuzdan daha kilolu göstərər. Dizdə bitən ətəkləri ya da uzun ətəkləri seçməlisiniz. Diz üstündəki ətəklər, diqqəti qalın olan qıçlara çəkər.
Şalvar
Şalvarlarda cib seçiminə diqqət yetirin. Çünki cibsiz şalvarlar ombalarınızı daha böyük göstərər. Cibli şalvarlar isə ombadakı artıq kiloları gizlədə bilir.
2. BƏDƏN
Dəri rəngi
Tünd dəri həmişə daha sağlam və zəif bir görünüş yaradar. Əgər bədəniniz tünd deyilsə, tündləşdirici pudra və kremlərlə dərinizi tündləşdirə bilərsiniz.
Ayaqlar
Qıçlarınızın incə və intimual görünməsini istəyirsinizsə, önünə və arxasına bədən yağı sürün. Qıçınızın daha uzun və incə olduğunu görəcəksiniz...
Əllər
Barmaqlarınız qısa və kökdür deyə kədərlənməyin, çünki bunun da bir çarəsi var. Dırnaq boyasını vurarkən dırnaqlarınızın kənarlarında boşluq buraxın. Artıq daha incə görünəcəklər.
3. MAKİYAJ
Makiyaj edərkən almacıq sümüklərinizin altına tünd tonlarda sürmə seçin. Üzünüzü daha zəif göstərəcək. Gözlərinizin üst qapağının xaricinə qara göz qələmi çəkin. Alt hissəsinə isə göz qələmi çəkməyin, əks halda gözləriniz daha kiçik görünər. Gözlərinizin böyük görünməsi üzünüzün də zəif görünməsini təmin edər.
4. SAÇ
İncə görünmək üçün ən əhəmiyyətli addımlardan biri də saçlardır. Toppuzlar ya da atquyruqları yumru üz xəttlərini uzadar. Boyunuzun qısa olmasından şikayətlənirsinizsə, saçlarınızı arxada yığın və çiyinlərinizin görünməsini təmin edin. Bədəninizin üst qismi daha uzun görünəcək. Unutmayın kiçik hiylələrlə qadınlar hər kəsi başdan çıxara bilər, xüsusilə də saçlarda.
5. AYAQQABI
Boyunuz uzun da olsa, yüksək dikdaban ayaqqabılar geyinin. Bu sizi daha incə göstərəcək. Çünki alçaq topuqlar sizi kilolu və qısa boylu göstərər. Həm də ayaqqabıda biləkdən bağlı modellər nə qədər intimual olsalar da, qıç boyunuzu qısa göstərər. Qıçlarınızın və ümumi görünüşünüzün olduğundan daha incə görünməsi üçün biləkdən bağlı olmayan modelləri seçin. Doğru seçimlərin nə qədər işə yaradığını görəcəksiniz.


Tarix: 18.06.2013 / 20:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 163 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...