Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Manikür və texnikası

Dırnaqları səliqəli saxlamaq hər bir xanımın əsas qayğılarından biridir. Düzgün qulluq, manikür necə olmalıdı? Adətən bu suallara cavab tapmaq üçün mütləq şəkildə profesionallara müraciət olunur. Biz isə sizə adi ev şəraitində necə manikür etmək qaydaları barədə məlumat təqdim edəcəyik.

Manikürün texnikası.
İlk növbədə, dırnaqdan köhnə boyanın qalıqlarını təmızləmək lazımdı. Bunun üçün tərkibində qıcıqlanırıcı kimyəvi maddələrin bol olduğu aseton əvəzinə, sadəcə dırnaq boyasını təmizləmək üçün məhluldan istifadə etmək olar. (tərkibində aseton yoxdur). Asetondan müntəzəm istifadə dırnaqları qurudur, onları daha da kövrək edir.
Dırnaqlara əlin quruluşuna uyğun forma verməyə çalışın, səliqəli görünüş üçün çalışın hamısı eyni uzunluqda kəsilsin. Daha sonra yegənin köməyi ilə formanı yekunlaşdırın. Yegəyə təzyiq etmədən, ehtiyatla dırnaqların yanlarını qaydaya salın. Daha sonra isə dırnağın üst örtüyünə zədə vurmadan formanı tamamlayın. Vacib məqamlardan biri də odur ki, bu prosedur mütləq əl və dırnaqlar quru olarkən edilməlidir. Yaş halda dırnaqları yegələdikdə qatlara bölünə bilər.
Arzu olunan formaya nail olduqdan sonra, dırnaq dibindəki bərk dəri – kutikulani yumuşaltmaq və təmizləmək lazımdır. Bunu iki yolla etmək mümkündür:
Kutikulanı təmizləmək üçün xüsusi kosmetik vasitələrlə. ( maye, karandaş və s).
Dırnaqlar üçün isti, sabunlu vannanın köməyi ilə. Yumuşalmış kutikulani xüsusi alətin köməyi ilə dırnağın kökünə doğru təmizləmək daha sonra isə xüsusi qayçının köməyi ilə kəsmək lazımdır. Bir məqamı unutmayın ki, kutikula nə qədər tez-tez kəsilərsə, bir o qədər sürətlə inkişaf edir.
Əlləri yaxşıca yuyub krem çəkilir və masaj edilir.


Tarix: 18.06.2013 / 20:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 101 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...