Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saç ağarması

Saç ağarmasının səbəbləri


Bir qrup avropalı alim saç ağarmasının əsl səbəbini üzə çıxarıb. Onların gəldiyi nəticələr indiyə qədərki təsəvvürlərdən xeyli fərqlidir. Sən demə, saçın vaxtsız ağarmasının səbəbi vitamin çatışmazlığı , əsəb pozğunluğu , nəsildən – nəsilə ötürülmə və ya çox oxumaq yox, saçın soğancığında hidroksidin parçalanma prosesinin pozulması imiş. Nəticədə melanin piqmenti fermentlərinin sintezi aktivliyini itirir və bu da saçların ağarmasına səbəb olur. Mütəxəssislər saça təbii rəngi verən maddənin məhz melanin olduğunu bildirirlər.
İnfraqırmızı Furye üsulu və Romanov spektroskopiyasının tətbiqi ilə alimlər ağ saçların dibində hidroksid dənəciklərinin toplandığını üzə çıxarıblar. Bu toplumlar dərhal katalaza fermenti vasitəsilə parçalansalar da saç artıq əvvəlki təbii rəngini ala bilmir.
Xoşbəxtlikdən, alimlər bunun qarşısını almağın yolunu da dərhal tapıblar. Laboratoriya şəraitində hidroksidin melanin fermentinin sintezinə zədələyici təsirini minimuma endirmək istiqamətində aparılan təcrübələr göstərir ki, saçların vaxtsız ağarmasının qarşısını L-metaninom amin turşusu ilə almaq olar.


Tarix: 19.12.2012 / 22:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 724 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...