Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadın qısqanılmaq istəyirmi?

Qısqanclıq çox sevdiyiniz birini paylaşa bilməməkdir.Çətindir,Həddini aşmamaq istəyərsiniz, nizamlaya bilməzsiniz. Bunun səbəbi, bəlkə də qısqanclığın dozasının qısqanılan adama hiss etdiyi sevginin böyüklüyü qədər olmasıdır. Qısqandıqca qısqanılan adamın əhəmiyyəti daha da artar.

Qısqanclığın bir cox növü vardır, amma ən geniş yayılanı sevgilini başqalarından qısqanmaqdır. Qısqanclığın nə sevgilinin sevgisindən əmin olmamaqla, nə də sevgiliyə olan güvənin ölçüsüylə bir əlaqəsi vardır. Onu o qədər sevərsiniz ki, onun başqalarına ayırdığı sevgini belə qısqanarsınız.

Bir cox qadınlar da məhz qisqanan kişiləri sevər..Bir cox faktlar bunun təsdiqidir. Məsələn, evliliklərdə yoldaş seçərkən kişilərlə qadınların meyarları böyük ölçüdə fərqlilik göstərir. Türkiyədə edilən təəccüblü evlilik araşdırmasının nəticələrinə görə, qadınlar özlərini qısqanacaq bir yoldaş axtarır.

8-65 yaş arası 400 min adamın qatıldığı evlilik merkezi.com tərəfindən edilən araşdırmanın nəticələri təəccüblü məlumatları ortaya qoydu. Subay gəlin və kürəkən namizədlərinin yoldaş seçkimindəki sorğuya 18-65 yaş arasındakı insanlar qatıldı. Ortaya çıxan nəticələrə görə, heç evlənməmiş, ya da dul olan subay türk qadınının seçimi onları qısqanan kişilərdir.
Halbuki, daha əvvəl evlənib boşanmış (xüsusilə 25-35 yaş qrupundan) qadınlar isə, ikinci evliliklərini edəcək olduqları halda yoldaşlarının qısqanc olmamasını istəyir.

Siz necə bir həyat yoldaşı istəyirsiniz?
Qısqanc biri ilə uzun müddət yola getmək,bir ömür yaşamaq mümkündürmü?


Tarix: 26.05.2013 / 20:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 89 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...