Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müasir kişilər qadınlara fikir vermir

Müasir kişilər qadınlara fikir vermir

Avropalı alimlərdən ibarət qrup inkişaf etmiş ölkələrin ünvanına xəbərdarlıqla çıxış edib. Rusiya mətbuatı xəbər verir ki, onların Avropanın müxtəlif ölkələrində yaşı 18-dən artıq olan kişilər arasında apardığı sorğu maraqlı nəticə verib.

750 kişinin qatıldığı sorğudan məlum olub ki, müasir kişilər üçün prioritetlər tam dəyişib. Onların əksəriyyətinin prioritetləri bu cürdür: ev kompüteri, yüksəksürətli internet, mikrodalğalı soba, peyk televiziyası və yalnız bundan sonra qadınlarla münasibət.

Alimlər hesab edir ki, bu, gələcəkdə Amerika və Avropanın inkişaf etmiş dövlətləri üçün demoqrafik problemlərə səbəb ola bilər.


Tarix: 25.05.2013 / 19:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 44 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...