Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

8-9 yaşlı qız həyatdan niyə bezir, özünü asmaq üçün ipin ilgəyini necə düzəldir, özünü asmaq texnolo

Mehmet Raufun “Eylül”, Xalid Ziya Uşaqlıgilin “Eşqi məmnu”, Lev Tolstoyun “Anna Karenina”, Peyami Səfanın “Şimşək” , Emil Zolyanın “Terese Raken”, Kürşat Başarın “Başucumda musiqi”, Əhməd Altanın “Aldatmaq”, Elif Şafakın “Eşq” romanlarında xəyanətkar qadınlar
Türk və dünya ədəbiyyatının bu ən sevilərək oxunan romanlarının movzu və ideyalarının fərqli cəhətələri olduğu kimi oxşar cəhətləri də vardır.İlk əvvəl bu romanların məzmununa və məzmunlardan çıxan ortaqlığa fikir verək:
“Eylül” ( Məhməd Rauf ) romanının baş qəhramanı Suat Sürəyya ilə evlidir. Bacısının münasibətinin olduğu və həyat yoldaşının yaxın dostu Nəcibin onların yaşadıqları evə gəl- getlərindən sonra ülvi bir yaxınlıq baş verir.Nəcib suatdan uzalşamağa çalışır tif xəstəliyinə tutulur.Yaxşılaşdıqdan sonra Suatın o xəstə olarkən unutduğu əlcəyini bacısı Həcərin tapmasından sonra bir çox insan bu məhəbətti öyrənmiş olur.Bununla da Suat da Nəcib də bir- birlərinə olan məhəbbətlərini bir – birlərinə etiraf edirlər. Yaşadıqları villada yanğın baş verir. Suatın içəridə qaldığını öyrənən Nəcib sürəyyadan əvvəl içəri atılır. Suat da Nəcib də yanaraq ölürlər.
“Eşqi məmnu”(Xalid Ziya Uşaqlıgil) romanının baş qəhramanı Bihtər 22 yaşında gənc və gözəl bir qadındır.O, yüngül xasiyyət qadənlar kimi ətraf mühit tərəfindən “Melih bəy dəstəsi” olaraq tanınan qadınlardan biridir. Firdevs xanımın qızıdır.50 yaşlarındakı dul, iki uşaq atası Adnan bəy ilə evlənmişdir.Həyatındakı əsklikliyi hiss etməyə başlayır və adnan bəyin gənc kef məclislərinin daimi sakini olan Behlüllə gizli münasibət yaşamağa başlayır. Adnan bəyin 15 yaşlı qızı Nihal Bihtəri xoşlamır.Qardaşı Bülənti, əməkdar işçilərini və tərbiyəçisini ondan Bihtər ayırmışdır deyə düşünür.Firdevs xanım xəstələnir və qızının evində yaşamağa başlayır.Behlülə Nihalla evlənməyi məsləhət görür. Bu müddət içərsində Behlül Bihtərə xəyanət edir. Bunu qəbul edərək münasibətinə davam edən Bihtər Behlülün Nihalla evlənəcəyi fikrinə qısqanclıqla yanaşır.Onların münasibətindən işçiləri və Nihala aşiq həbəşi Bəşir də xəbərdar. Bəşir vərəm xəstəliyinə tutulur. Behlüllə Bihtərin söhbətini eşidən Nihal özündən gedir. Hərşeyi atasına danışır. Bəşirin köməkliyi ilə xəyanət dəqiqləşdirlir.Otağına çəkilən Bihtər Adnan bəyin təkidlərinə baxmayaraq özünü öldürür.Behlül qaçır. Bəşir ölür.Adnan bəy qızı və oğlu ilə adaya bacısının yanına gedir. Daha sonra mürəbiyyəni və digər işçilərini geri qaytarır.
“Anna Karenina”( Lev Tolstoy) romanın baş qəhrəmanı anna bibisinin təkidi ilə Aleksandrovişlə evlənmişdir. Səkkiz illik evlilik müddətinə baxmayaraq o həyat yoldaşını sevə bilmir.Yoldaşı onla maraqlanmır bu səbəblə də anna ona yaxınlaşmaq yerinə ondan uzaqlaşır.Peterburqa gedərkən yolda Vronski ilə tanış olur.Ona vurulur.Annanın altı yaşında bir oğlu vardır. Vronskidən uzalaşmağa çalışır.Moskvadan Peterburqa geri qayıdır ancaq Vronski Peterburqa onun ardınca gəlir.Vronski Anna ilə münasibət yaşamaq üçün karyerasındaki uğurlardan belə vaz keçir.At yarışında Vronskinin atdan yıxıldığı vaxt narahatlığını gizləyə bilməyən annanın bu gizli eşqi ortaya çıxır.Həyat yoldaşı onla danışır və Anna hər şeyi etiraf edir.anna Vronskidən hamilədir.Aleksandroviç hər şeyi görməməzdən gəlməyə çalışsa da Annanın məşuqəsini evə çağırmasını gördüyü andan etibarən boşanmağa qərar verir.Anna doğum müddətində xəstələnir, etdiklərindən peşman olan qadın həyat yoldaşından onu bağışlamasını, peşman olduğunu dilə gətirir.Aleksandroviç vronskiyə annadan ayrılmayacağını deyir.Vronski intihar edir. Ancaq ölmür. Anna evinə geri qayıtsa da yenidən Vronskiyıə geri qayıdır.Bir müddət italyada sonra Peterbrurqda yaşayırlar.Ancaq Anna aleksandroviçlə rəsmi şəkildə evli olur. Vronski ilə ciddi problemlər yaşayan Anna depresiyaya girir.Uzun müddətdir ölüm haqqında düşünən qadın qəhrəman Vronskinin anasının onun üçün seçdiyi qızı görmək üçün getdiyini öyrənir özünü qatarın altına atır.Vronski bundan çox təsirlənir və ölmək məqsədi ilə müharibəyə gedir.Aleksandroviç Annann Vronskidən olan qızını yanına gətirir.
«Şimşək» ( Peyami Səfa) Əsərin bаş qəhrəmənı Pərvindir. О, zəif və хəstə Müfidlə еvlidir. Təmiz həyаt sürməyən Pərvin Müfidin dаyısı Sаcidlə münаsibətdədir. Bütün bunlаrdаn хəbərsiz Müfid şübhə hissi kеçirməyə bаşlаyır. Sаcid ilə yаnаşı bir çох kəslərlə də münаsibətdə оlаn Pərvin bəzən vicdаn əzаbı çəkir. Müfid isə еvi tərk еtmək, Sаcidi tənhа qоymаq istəyir. Şübhə hissi onsuz da sağlam olmayan Müfidi tаmаmən хəstə vəziyyətə sаlır. Şübhələrinə kiçik dəlillər tаpаn Müfid еvi tərk еdərək хаlаsının yаnаnа gеdir. Səhhəti daha da pis vəziyyətə düşür. Pərvin əfv diləmək üçün оnun dаlıncа gəlir. Pərvini bаğışlаmаsа dа Pərvin оnun yаnındа qаlır, Sаcid də gələrək Müfidin yаnındа оnun növbəsini çəkirlər. Qаrаnlıqdа şimşək çахır. Оtаğа düşən işıqdа Müfid, Pərvin və Sаcidin münаsibətini görür. Sаcidlə Müfid bir-birlərini öldürür. Pərvin isə аğlını itirir. Bаş vеrən hаdisənin yеgаnə şаhidi оlаn Pərvin sirlərini də içinə gömərək nеvrоlожi хəstəхаnаyа düşür.
“Terese Raken”( Emil Zolya) əsərinin baş qəhramanı Raken uşaqlıqdan bibisinin yanında böyümüşdür. O, bibisinin xəstə və zəif oğlu Kamillə evləndirilir.Kаmilli sеvməyən Tеrеsе ərinin dоstu Lаurеntə vurulur. Ərinə оnunlа хəyаnət еdir. Lаurеnt Tеrеsin köməyi ilə əirini çаyа аtır. Kamill öldürülür. Kаmillin ölümündən sоnrа Lаurеnt ilə Tеrеsе bir-birindən nifrət еtməyə bаşlаyırlar. Əsərin sоnundа Kаmillin ölümündən sоnrа qаzаnılmış qоrхu və psiхоlожi böhrаn hissi ilə Tеrеsе ilə Lаurеnt bir-birini öldürürlər.
“Başucumda musiqi”( Kürşat Başar) romanının baş qəhrəmanı orta məktəbi bitirdikdən sonra gənc bir diplomatla öz istəyi ilə evlənərək Amerikada yaşamağa başlayır.O, Türkiyəyə gəldiyi vaxt Ankaradaki bir ziyafətdə Fuad bəyi görür.Fuad ondan yaşca çox böyükdür. Daha əvvəl o, on dörd yaşında ikən Fuadı görmüşdür.Fuada aşiq olur.Fuadda ona.Ailəli olmaqlarına baxmayaraq uzun müddət məktublaşır, telefonlaşan bu insanlar daha sonra çeşidli ölkələrdə görüşürlər.Daha sonra bu qadın qəhrəman hər şeyi öz həyat yoldaşına danışır.Boşanmağa qərar veirir və boşanır. Lakin Fuad siyasətçidir bu qalmaqal səbəbi ilə öz yoldaşından ayrıla bilmir. Siyasi vəziyyət çətinləşir.Baş qəhrəman Türkiyədən uzaqlaşaraq rəfiqəsigilə gedir.Orda da davamlı Fuadla danışır. Fuad həbs olunur.Ancaq buna baxmayaraq həpisxanadan ona məktub yazır. Bir səhər qardaşı zəng edərək Fuadın asıldığını xəbər verir.Qeyd edək ki, bu romanın mövzusu real həyatda baş vermiş əhvalatdan götrülmüşdür. Menderes dövrünün nazirlərindən biri olan Fatin Rüştü və məşuqəsi Vəsamət Kutlunun məhəbbət macərasından bəhs edir.
“Aldatmaq” ( Əhməd Altan) romanının baş qəhrəmanı Aydan yüksək səviyyəli bir bankda işləyir.Həyat yoldaşı ətraf mühit tərəfindən bəyənilən bir cərrahdır.Selin adlı qızı var. Qonşular ondan bir gün binanın həyətində tikiləcək uşaq oyun mərkəzinin proekti üçün qonşu memarla danışmağı xahiş edirlər.Cem zəngin bir ailənin övladıdır. Aydanın qonşusudur.Cemlə onun arasında fziki münasibıt başlayır.Ancaq həyat yoldaşını daha əvvəl iş yoldaşı Həsənlə də aldatmışdır.Cemlə olan gizli münasibəti bir müddət sonra Cem tərəfindən soyumağa başlayan aydan psixi probləmlər yaşayır.Getdiyi qonşu evlərindən xırda şeyləri oğurlamağa və daha sonra oğurladığı əşyaları zibil qutusuna atmağa başlayır. Şübhələnən qonşular polisə şikayət edirlər və şikayət ərizələrini geri götürürlər.Həmin axşam Aydan hər şeyi yoldaşına etiraf edir.Xaluq uzun müddət düşündükdən sonra Aydanı və qızını götürərək başqa bir şəhərə təyinat alır və İstanbuldan uzaqlaşır. Yazıçı- jurnalist Fateh Altaylı bu romanın mövzusunun Artur Haileyin “Təkərliklər” romanından götrülmüş roman içi qısa sujet olduğunu bildirmişdir.
“Eşq” ( Əlif Şəşəq) ( Bu roman Mövlana ilə Şəmsi Təbrizinin sufist ideologiyasından da bəhs edir. Biz romanın bu hissəsini nəql etməyəcəyik). Ella evlidir.Üç övladı var. Həyat yoldaşı ona xəyanət edir. Ancaq bu sadiq qadın ailəsinə sərf etdiyi zəhmətlərindən imtina etmir.O ədəbiyyat fakultəsini bitirmişdir. Ancaq heç vaxt işləməmişdir. Bir gün bir nəşriyyat evindən iş təklifi alır.Müəyyən əsərləri oxuyub bu əsərləri şərh etmək.Ona verilən ilk əsərin adı “Eşq şəriəti” adlanır.Əsərin müəllifini inernet saytlarında axtarırır onun mail adresini tapır.Fotoqraf Əzizlə yazışmağa başlayır.Heç vaxt aşiq olmayan Ella Əzizin ruhundakı sufi duyğulıarına vurulur.Ella hərşeyi ərinə etiraf eidr.Əzizlə görüşür. Lakin Əziz ona fiziki yaxınlıq göstərmir.Çünkü ellanın vicdani baxımdan narahatçılıq yaşamağını istəmir.Əziz xərçəng xəstəsidir. Ömrü az qalmışdır. Buna baxmayaraq Ella onunla birlikdə öz ailəsini tərk edir.Əziz Konyada Şəmsi Təbrizinin və Cəlaləddin Ruminin dəfn edildiyi yerdə dəfn edilməyi istəyir.Ömrünün son günlərini Konyada keçirir və burda ölür. Ella onu dəfn etdikdən sonra Bossona qayıdır.
“Eylül” romanını baş qəhrəmanı Suat həyat yoldaşını çox sevdiyini düşünür romanın ilk hissələrində. “Terese Raken”in baş qəhrəmanı isə bibisi oğlu Kamile bağlanmışdır, çünkü uşaqlıqdan bir yerdə böyümüşlər. “Başucumda musiqi” romanının qadın qəhrəmanı özü evlənib diplomat əri ilə Amerkaya getmişdir. “Eşq”ın qəhrəmanı Ella həyat yoldaşına sadiq bir qadın olaraq təsvir edilmişdir. “Aldatmaq” romanının baş qəhrəmanı Aydan isə yoldaşı Xaluqu sevir.Ancaq bütün bu qadın obrazlarının həyat yoldaşları ilə olan sədaqət əlaqələri yeni sevdalara qapıların açıldığı gün sona yetir.
Bu qadınların hamısı ailəlidirlər. Həyat yoldaşları ilə məhəbbət əskikliyi yaşasalar da onlarla dost olmaq istəyindərirlər. Əsasən Bihtər, Ella, Pərvin, Aydan və “Başucumda musiqi” əsərinin baş qəhrəmanı bu mövzuda daha çox istəklidir. Anna, Bihtər, Aydan, Pərvin “Başucumda müsiqi”nin qadın qəhramanı( müəllif əsərdə onun adını əks etdirməmişdir) Terese həyat yoldaşlarını fiziki olaraq da aldadırlar. Suadla Ella isə mənəvi xəyanət edirlər.Hamısı axtardıqları məhəbbəti tapdıqlarına inandıqları üçün təhlükədən qorxmurlar.Bihtər, Aydan və Terese bu barədə daha cəsarətlidirlər.Bu qadınların çoxusu həyat yoldaşlarına xəyanət etdikləri üçün mənəvi narahatlıq yaşayırlar.Anna, Bihtər, Terese və Suad ən çox narahatlıq yaşayanlardır.Terese və Bihtər özləri ölümə doğru gedən qadınlardır. Pеyаmi Sаfаnın «Şimşək» rоmаnındаkı Müfid оbrаzı Еmil Zоlyаnın «Tеrеsе Rаkеn» əsərindəki Kаmill оbrаzınа çох bənzəyir. Hər iki оbrаz həyаt yоldаşı tərəfindən хəyаnətə məruz qаlmış, hər iki оbrаz fiziki cəhətdən zəif оlmuş (bu zəiflik uşаqlıqdаn həyаtlаrının sоnunа qədər dаvаm еtmişdir), hər ikisi аrvаdlаrının məşuqlаrı tərəfindən qətlə yеtirilmişlər. «Şimşеk»in qəhrəmаnı Müfid Pərvinlə оnа хəyаnət еdən dаyısı Sаcid tərəfindən, Kаmill isə həyаt yоldаşı, dаyısı qızı Tеrеsе ilə оnа хəyаnət еdən Lаurеnt tərəfindən öldürülmüşdür. Bu iki qəhrəmаnın fərqlərindən biri Müfid Zоlyа qəhrəmаnındаn fərqli оlаrаq hеç оlmаsа хəyаnətə məruz qаldığını hiss еtməsi, görməsi və Sаcidi öldürməsidir.
Bütün bu romanların hamısı əsər qəhrəmanlarının əsərin əvvəlində saf və qərarlı təsviri ilə başlayır. Ancaq hadisələr inkişaf etdikcə qəhrəmanlar realist həyatın bəxş etdiyi hadisələrə iradəsizlik göstərirlər.Bu bütün obrazlarda eyni deyildir.Bəziləri sevgi, bəziləri ehtiras qurbanıdır.Məsələn: Peyami Safanın “Şimşək” romanının baş qəhramanı Pərvin məhəbətdən çox ehtirasın qurbanıdır.Bu mövzuda Lev Tolstoyun Anna, Xalid Ziya Uşaqlıgilin Bihtər, Zolyanın Terese, Əhməd Altanın Aydan obrazı eynilik təşkil edir. Məhməd Raufun “Eylül”,Əlif Şəfəqin “Eşq”, Kürşat Başarın “Başucumda musiqi” romanlarının qəhrəmanları ehtirasdan çox aşiq olduqları üçün ailəli olduqları həyat yoldaşlarına xəyanət edirlər. Bu romanlar içərsində Eyül, Eşqı məmnu,Terese Raken, Anna Karenina romanlarının qadın qəhramanları aldatdıqları zaman böyük bir vicdan müharibəsinə düçar olurlar. Əsər boyu çeşidli formalarda qadınların özləri ilə sual cavabları təsvir edilmişdir. Qadınlardan sadəcə “Başucumda musiqi” romanının qadın qəhrəmanının məşuqu evlidir.Bu səbəblə də baş qəhrəman öz həyat yoldaşından ayrılsa da qarşı tərəfin ailəli olması səbəbi ilə sevdiyi insanla qanuni şəkildə yaşaya bilmir. “Eşqı mənmu” romanının baş qəhramanı Bihtər 50 yaşlarındakı adnan bəylə evlənmuşdir.Maddi məsələlər üçün və mənəvi dayaq axtarma istəyi Terese Raken əsərinin baş qəhrəmanı Rakendə və Anna Karenina romanında Bihtərlə eyni sayılır.Bu səbəblə də daha sonra bu üç qadın həyatlarında əskikliyin fərqinı varmağa başlayırlar. Rakenin həyat yoldaşı xəstə bibisi oğludur.Gəncliyinə baxmayaraq o xəstədir.Anna da Vronskini Aleksandroviçdən bezdiyi günlərdə tapmışdır. Aydan qonşusu Cem ilə sadəcə fiziki ehtiyac üçün bir yerdədir.Bu mövzuda Bihtərlə yaxındır.Suat Nəcibə,Rakenin məşuqəsinə bağlandığı kimi sənət və fərqlilik səbəbi ilə bağlıdır. “Eşq ” romanının baş qıhrəmanı Ellaxoşbəxt deyil.O, bunu özünə etiraf etmir.Lakin, qızı ilə arasında çıxan münaqişədə oxucu buna şahid oluruq: “Ben senin derdinin ne olduğunu biliyorum anne” dedi Kanette aniden. “Sen benim mutluluğumu kıskanıyorsun.Gençliğimi çekemiyorsun.Benim de tıpkı senin gibi olmamı istiyorsun.Mutsuz, pasif, can sıkıntısından bunalmış bir ev hanımı!”. Ella midesinin ortasına koca bir taş gelip oturmuş gibi kalakaldı.Demek böyle görüyordu onu öz kızı? Mutsuz, pasif, can sıkıntısından bunalmış bir ev hanımı…” ( 2., s. 23.). Əhməd Altanın “Aldatmaq” romanında isə Aydanın ilk dəfə həyat yoldaşını aldatma hadisəsi belə nəql edilmişdir:
-Daha önce hiç kocanı aldattın mı?
Aydan hemen “hayır” demişti.
Sonra da aynı hızla “evet”diye cevabını değişmişti.
…Zaten aradığım sevişme filan değildi aslında kendimi kadın hissetmeyi özlemiştim…” (1,s.120-121).
Başucumda musiqi romanının qadın qəhramanı Fuadın “məşuqəsi, aşnası” kimi yaşamağı gözə alacaq qədər hazırdır! Fuad onun ilk və son məhəbbətidir, həyatına çox-çox əvvəl, hələ o, on dörd yaşında ikən girmişdir. Ən mühüm olan isə budur ki, bu məhəbbət qarşılıqlıdır. Fuadla onun münasibətləri, fiziki yaxınlıqları uzun sürmür, təxminən 4-5 il davam edir və Fuadın asılaraq edam edilməsi ilə bitir, lakin mənəvi münasibətləri bir ömür boyu – həm Fuadın sağlığında, həm də onun yoxluğunda sürür. Romanın həm də təhkiyəçisi olan qəhrəman qız ötən əsrin ortalarında yaşadığı bu müqəddəs duyğuları Fuadın ölümündən keçən 40 il müddətində də qoruyub saxlayır. Bütün bu olub-bitənlər də romanda aradan keçən bu uzun ayrılığın sonunda onun dilindən nəql edilir. O, sevib seçdiyi və ya seçib sevdiyi üçün o heç bir zaman peşmançılıq hissi keçirmir. Yalnız L.Tolstoyun məşhur romanının Annası kimi ara-sıra özü ilə, öz duyğuları ilə haqq-hesab çəkir, özünü məzəmmətləyir, hərəkətlərinin milli-mənəvi adət-ənənələr, qəbul edilmiş ümumbəşər əxlaqı, şərqli mentaliteti və türk törə-kodeksi ilə uyuşmadığına görə utanır.Bu mövzuda ella da adı çəkilən qadınlar kimi gözü qaradır.Gözünü bağlayan tək şey vardır. Eşq! Eşq bütün bu qadınların bəzən ehtiras pərdəsi, bəzən ülviyyət pərdəsi ilə gözünü bağlayan tək vasitədir. Həyat yoldaşının qətlində iştirak edən Raken daha sonra uğrunda qatilliyi gözə aldığı Laurentdən nifrət etməyə başlayır. Əsərin sonraki mərhələsi Raken və Laurentin vicdan müharibəsi ilə təsvir edilmişdir.Vicdanın sual cavablarına tab gətirə bilməyən bu iki aşiq və məşuq bir birlərini Rakenin düzəltdiyi zəhəri içərək öldürməyi planlaşdırılar.Romanlar içərsində ölüm mövzusu çox təqdim edilmişdir. Əsərlərdən, “Eylül”də Suat və Nəcib yanğında ölümüşdür. “Terese Raken” də Raken və məşuqəsi Laurent qərar verərək bir0 birlərini öldürmüş, yəni birlikdə intihar etmişdir. “Eşqı məmnu”da Bihtər xəyanəti ortaya çıxdıqdan sonra intihar etmişdir. Eyni formada “Anna Karenina” romanının Anna obrazı da intihar etmişdir ancaq Tolstoyun baş qəhramının xəyanəti əsərin ortalarında həyat yoldaşı aleksandıra məlum olmuşdur. Uşaqlıgilin qadın qəhrəmanın isə xəyanəti əsərin sonlarına doğru öyrənilir. “Şimşək ” romanında Pərvinin xəyanət etdiyi yoldaşı Müfid məşuqəsi tərəfindən öldürülmüşdür. “Başucumda musiqi” romanında isə qadın qəhrəmanın məşuqəsi Fuad hökümət tərəfindən asılmışdır. “Eşq ” romanında isə Ella altı ay ömrü qalmış Əziz (Zahara) ilə qaçmasına baxmayaraq Əziz vəfat etmişdir.Romanlar içərsində təkcə “Aldatmaq” romanında ölüm mövzusu təqdim edilməmişdir. “Terese Raken ” romanında Rakenin çətin geçirdiyi həyatını yazıçı aşağıdakı kimi təsvir etmişdir:
“Son derece soğukkanlı bir kızdı. Sakin görünüşünün altında patlamaya hazır, coşkulu bir mizacı vardı. Kendini hep hasta bir çocuğun yanında sanıyordu. Yavaş konuşan, ağır hareket eden, durgun, sessiz, yaşlı bir kadın gibiydi” (3, 2003, 14). “Eylül”də isə aldatmağın ancaq ailə içərisi xəta deyil evlilik modeli ilə bağlı bir xəta olduğunu açıqlamaq üçün yazıçı aşağıdakı cümlələri təqdim etmişdir: “Birden Necip’in “hep kabahat daima aynı hayatı sürmekte,” sözü kulaklarını yırttı. Evet değişmek gerekmez miydi? Eğer bugün yalnızca varlığıyla kocasını bEşqa isteklerinden uzak tutamıyorsa ve bunun sebebi hayatlarının daima tek renk olması ise… Bundan sonar o korktuğu geleceğe egemen olabilmek için hayatını değiştirmeli miydi? Şimdiye kadar hayatlarını hiçbir hesapla düzenlememiş, hep olayların akışına uydurmuştu” (5, s.30-31). Romanlarda yaşanan evlilik mövzusundakı bənzər və fərqli cəhətlərin yanında xəyanət mövzusunda da bənzər və fərqli cəhətlər mövcuddur.Bənzər tərəfi bütün qadınlar bu və ya başqa formada həyat yoldaşlarını aldaırlar.Əsərlərdən “Terese Raken”in Rakeni qohum evliliyini yaşayır.Bəzi qəhrəmanlar isə maddi səbəblər üçün evlidirlər.(“Eşqi məmnu”, “Anna Karenina”)Yuxarda sadalanan bütün yaşayış formaları və səbələr bu qadınların sədaqətini axıra qədər aparıb çıxarmır. “Eşq” romanının sözü gedən qəhrəmanı özü də həyat yoldaşı tərəfindən aldadılır. Qəhrəmanlar ailələrində əldə edə bilmədikləri uğuru( mənəvi və ya fiziki) birlikdə xəyanəti reallaşdırdıqları kişilərdə axtarırlar.Romanlardakı xəyanət fəsilləri və vaxtları fərqlidir.Əsərin sonlarına doğru qadın qəhrəmanların mənəvi aləmlərinə baxarsaq bəziləri etdiyi xəyanət səbəbi ilə peşmandır, bıziləri isə peşman deyil. “Eşqi məmnu”nun Bihtəri, “Anna Karenina”nın Annası, “Terese Raken”in Rakeni, “Eylül” ün Suadı, “Aldatmaq”ın Aydanı( az da olsa), “Başucumda musiqi”nin baş qəhrəmanı ( az da olsa) peşmançılıq hissi içərsində təsvir edilmişdir. Sadəcə Ella (“Eşq”) bu hissdən kənarda təsvir edilmişdir.


Tarix: 22.05.2013 / 22:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 469 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...