beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu sual hər zaman biz qızları düşünməyə vadar edir.Çünki... _Onunla tez-tez maraqlandığın zaman d

Yeni Zelandiyadan olan tədqiqatçılar qrupunun qadınlarla bağlı apardığı uzun-uzadı araşdırma maraqlı nəticə ortaya çıxarıb.

Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, araşdırma göstərib ki, qadınların yaşı artdıqca onlar emosiya və hissləri adekvat qəbul edə bilmir. Nəticədə onların ətrafdakılarla, xüsusilə yaxınları ilə münasibətlərində tez-tez gərginlik yaşanmağa başlayır. Tədqiqatçıların sözlərinə görə, yaş artıqca qadınlar nəinki ətrafdakıların hisslərini, hətta öz hisslərini də adekvat qəbul etmir.
Professor Ted Raffmen bildirir ki, qadınların ətrafdakıların ona münasibətini düzgün anlaya bilməməsi ciddi neqativ nəticələrə, hətta sonda həmin xanımların sosial təcrid vəziyyətinə düşməsinə aparıb çıxarır: «Qadınların yaşı artdıqca onlar hisslərini ifadə etməkdə, həmçinin səhvini boynuna almaqda da ciddi çətinlik çəkir. Bu da onlarla münasibəti çətinləşdirən daha bir məqamdır».


Tarix: 21.05.2013 / 20:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 43 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri