Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çempion Qadın

Baxışlarım sizə əsla yalan danışmaz. Əgər yalnız bir dənə çempion olacaqsa, bu məndən başqası ola bilməz. Mənə yalnız yaxşı olduğumu söyləməyin. Çünki Mən ən yaxşıyam. Mən ən yaxşısının da yaxşısıyam. Bütün dünyaya qışqırmaq istədiyim şey bu. Çempion məndən başqası olmayacaq. Bütün rəqiblərimə söyləyin. Əgər qorxurlarsa, heç çıxmasınlar qarşıma. Qazansın ya da itirsinlər,amma mütləq bir çempion kimi oynasınlar. Çünki qorxaqlarla əsla işim olmaz mənim. Əgər qorxursansa, bitdin deməkdir. Ya qəhrəman kimi döyüş ya da çək get. Çünki mən bir kəpənək kimi uçaram. Və yumruğum bir arının iynəsi kimi batar.



Hələ vaxtın varkən get dostum. İtirmənin ağrısı, yumruğumdan daha dözülməzdir. Əgər qazanacağımı bilmirəmsə, əsla ringə çıxmaram.
Mənə yaxşı olduğumu söyləyib durmayın, çünki mən ən yaxşısıyam. Çünki mən ən yaxşının da yaxşısıyam.
Əgər mənim gözlərimə qorxusuzca baxa bilmirsənsə, itirdin deməkdir.
Müşahidə edərəm, əsla qorxusuzca baxa bilməzsən.
Çünki mənim gözlərim, bu dünyadakı bütün gözlərdən daha qorxusuzca baxar. Çətinliklər məni əsla yolumdan döndərməz. Çünki mən qeyri-mümkünə həsəd aparıram. Əgər ən yaxşı deyilsəm, heç bir şey deyiləm deməkdir.



Əgər itirəcəksənsə belə,bir çempion kimi itir. Çünki ringə çıxdığında qarşında bir çempion görəcəksən…


Tarix: 19.05.2013 / 15:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 110 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...