beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ana... Ana olduqda Özümdən daha dəyərli CAN ın olduğunu öyrətdi mənə.

Lap əvvəl şiri n bir körpə gəldi dünyaya.
«Sənə ana olmağı o öyrədəcək» -dedilər.
Gülümsədim. Çünki, dilsiz bir uşaq mənə bir şey öyrədə bilməz deyə düşündüm.

Zamanla sevdim onu, həyatda heç kimsəni bu qədər tez sevməmişdim.
Heç kimsə ilə söhbət etmədən münasibət qura bilməzdim.
Sonsuzluğa qədər sevgi nədi «o» öyrətdi mənə.

Qəlbimdə ona qarşı heç kimə olmayan şəfqət hissi var idi....
Gözündə yaş görəndə yox, dodaqlarını büzəndə dünya gözümdə qaralırdı.

Özümdən daha dəyərli «CAN»ın olduğunu öyrətdi mənə.
Canımı onun üçün bir heç kimi fərz edə bilərdim.
O mənə ALLAHımın əmanəti idi. Canım kimi qorumalıydım onu. Elə də etdim.

Nəfəs alıb-vermək nə qədər gözəl imiş. Yatanda sakitcə yanına uzanıb nəfəsinin səsini dinlədim, ALLAHıma şükr elədim…

Bir də yatışının gözəlliyi var idi. Biş barmağımı ovucunun içinə qoyub yatardı, bərk-bərk sıxaraq yumşaq pambıq əlləri ilə. Denyada onun yatışını seyr eələməkdən gözəl nə ola bilərdiki ??

Xəyalını qurduğum gəldi nahayətki… Mənə «ANA» -dedi, ANA… O andakı hisslərimi heç kimə başa sala bilməzdim. «Nolar birdə ANA de, birdə..» -deyib arxasından gəzdiyim saatlar oldu......

İndi ANAmı daha yaxşı anlayıram. Məni canından da çox sevdiyini. ANAlıq necə də Uca bir hiss imiş.....


Tarix: 17.05.2013 / 18:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 126 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri