Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ev işləri erkən doğum risqini artırır

Hollandiyalı alimlər sübut ediblər ki, hamilə qaınlar ev işləri görərkən erkən doğum riski həddən artıqdır. Məlumdur ki, bu kateqoriyaya aid qadınlar özlərinə çox əziyyət verməməlidirlər. Buna baxmayaraq qadınların bir çoxu hamiləliyin son dönəmlərində də ev işləri görməkdən əl çəkmirlər. Bu ev işlərinə isə paltar yumaq və təmizlik daxildir. Mütəxəssislər vurğulayırlar ki, dünyaya gələcək uşağın sağlamlığı üçün qadınlar bu işləri ya kişilərin boynuna qoymalı, ya da yaxınlarından yardım istəməlidir. "Erasmus" universitetinin alimləri tərəfindən aparılan araşdırmada təxminən 12 min yeni uşaq dünyaya gətirən qadın iştirak edib. Nəticədə üzə çıxıb ki, ev işləri görərkən fiziki və psixi yüklənmə nəticəsində erkən doğum riski 25 faiz artır. Lakin gəzinti, fiziki idman hərəkətləri kimi addımlar sağlam olan hamilə qadınlar üçün təhlükəli deyil. Ağıllı fiziki iş həm ana, həm də uşağı üçün sağlamlıq deməkdir.


Tarix: 16.05.2013 / 20:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 73 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...